Sağlamlıq imkanları məhdud uşaqlar Lvovda müalicə olunacaq
Tarix: 25.02.2013 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


Azərbaycandan olan sağlamlıq imkanları məhdud uşaqların cari ildən Ukraynanın Lvov şəhərindəki Beynəlxalq bərpa müalicəsi klinikasında reabilitasiya kursu keçmələri təmin olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, 18-22 fevral tarixlərində Ukraynada təcrübə səfərində olan nazirliyin bir qrup əməkdaşı ilə klinika rəhbərliyi arasında bununla bağlı razılıq əldə olunub.
Səfər zamanı nazirliyin əməkdaşları Beynəlxalq bərpa müalicəsi klinikasının iş təcrübəsi, burada aparılan reabilitasiya metodları ilə yaxından tanış olublar. Tanışlıq zamanı bildirilib ki, bu vaxtadək klinikada dünyanın 60 ölkəsindən, o cümlədən Almaniya, İsveçrə, Fransa, ABŞ-dan ümumilikdə 40 mindən çox sağlamlıq imkanları məhdud uşaq reabilitasiya kursu keçib və yüksək nəticələr əldə edilib. Prezidentin 9 yanvar 2013-cü il tarixli sərəncamı ilə sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər görülməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat vəsaitin ayrılması bu sahədə işlərin görülməsi üçün mühüm stimul rolunu oynayır.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info