BSU-da “Azərbaycanda germanistikanın inkişafı” ilə bağlı dəyirmi masa
Tarix: 10.03.2016 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universiteti (BSU) Azərbaycanda germanistika sahəsinin inkişafı istiqamətində fəaliyyətini genişləndirməkdə davam edir. Bu istiqamətdə atılan uğurlu addımlardan biri də 2015-ci il oktyabr ayının 15-də Azərbaycanda ilk dəfə olaraq BSU-nun nəzdində Germanistika İnstitutunun açılışı olub.
Almaniyanın qabaqcıl universitetlərindən tanınmış professorlar Bakı Slavyan Universityetində mühazirə oxumaq üçün dəvət alırlar. Bakı Slavyan Universitetində prof. Z. Hartman, prof. K.Volf eləcə də Höte İnstitutunun Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Ştefan Vakvits və Avstriyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Valter Mitterbauerin iştirakı ilə “Azərbaycanda germanistikanin gələcək inkişafı” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada çıxış edən Germanistika İnstitutunun direktoru, dosent Sevinc Rzayeva institutun fəaliyyəti və gələcək planları haqqında məlumat verib. BSU-nun rektoru, professor Asif Hacıyev Germanistika İnstitutunun inkişafı istiqamətində görülən işlərə, sıx əməkdaşlığa görə alman alimlərinə minnətdarlığını bildirib. BSU müəllimlərinin Almaniya universitetlərində, o cümlədən Auqsburq Universitetində təcrübə keçmələrini və doktorantura təhsilini davam etdirmələrini, məzunların magistraturada təhsil almasını vurğulayan rektor bu təşəbbüslərin genişləndirilməsinin vacibliyini söyləyib. Asif Hacıyev almaniyalı mütəxəssislərin gələcəkdə də BSU-nun magistrant və doktoronatlarının elmi işlərinə rəhbərlik etmələrini təklif edib. Ziqlinde Hartman və Klaus Volf Bakı Slavyan Universiteti tərəfindən germanistikanin inkişafı istiqamətində atılan addımların əhəmiyyətindən söz açıb. BSU ilə Almaniyanının ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığa, müştərək layihələrə və keyfiyyətli mütəxəssis hazırlığına böyük dəyər verib.
Müzakirədə iştirak edən Almaniyanın V. Höte İnstitunun Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Ştefan Vakvits qeyd edib ki, Höte İnstitutu müəllim və tələbələrin təcrübəsini, kurslar və seminarlar təşkil edir. Ş.Vakvits çıxışında vurğulayıb ki, BSU-da germanistika yüksək səviyyədədir və V. Höte İnstitutu bu istiqamətdə BSU-nun alman dili müəllimlərinə ustad dərslərinin keçirilməsinə və Almaniyadan mütəxəssislərin BSU-da fəaliyyət göstərmələrinə təşkilati dəstək verməyə hazırdır. Müzakirədə iştirak edən Avstriyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Valter Mitterbauer çıxışında qeyd edib ki, o, artıq ikinci ildir BSU-da Avstriya tarixi və ölkəşünaslığından almansünas tələbələrə “Danışıq kursu” təşkil edir. Bu il isə III kurs tələbələrinə ölkəşünaslıq fənnindən dərs keçir. O, BSU-da yaradılan şəraitdən, almanşünaslığın tədrisindən və tələbələrin səviyyəsindən razı qaldığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info