“Fernando Alonso Bakıda “Formula-1”-ə hazırlıqdan məmnundur”
Tarix: 10.03.2016 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


“Trasın dənizin sahili boyunca yerləşməsi ecazkar görünüş yaradır”
“Formula-1” üzrə ikiqat dünya çempionu titulunu qazanan və hazırda “McLaren Honda” komandasının heyətində çıxış edən Fernando Alonso Avropa Qran-prisinin rəsmi elçisi kimi Bakıya gəlib. O, Bakıya səfəri çərçivəsində “Formula-1”-in ən yeni şəhər treki hesab olunan Bakı Şəhər Halqasına baş çəkib və burada trekin özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olub.

Fernando Alonso “Formula-1” yarış təqviminə ən son əlavə olunan Bakı Şəhər Halqasını əyani şəkildə müşahidə etmək üçün Azərbaycana səfər edən ilk pilotdur. Avropa Qran-pri yarışına 100 günün qaldığı bir ərəfədə Bakıya səfər edən ispaniyalı pilot şəhərin mərkəzi küçələrindən keçəcək trekin inşası ilə əlaqədar birinci mərhələdə görülən işlərin nəticələri, eyni zamanda, bu yay baş tutacaq “Formula-1” yarışınadək trekin tam hazır vəziyyətə gətirilməsi üçün “Bakı Şəhər Halqası” əməliyyat şirkətinin apardığı gündəlik işlərin gedişi ilə əyani şəkildə tanış olub.Trekdə gəzinti zamanı F.Alonsoya tezliklə Bakının əzəmətli Hökumət Evinin qarşısında Paddok və Pit yolu kimi fəaliyyətə başlayacaq ərazilərdə görülən hazırlıqlar, o cümlədən ikimərtəbəli Pit binasının tikintisi ilə bağlı həyata keçirilən işlər haqqında məlumat verilib. “McLaren Honda” komandasının pilotu, həmçinin Avropa Qran-prisinin “vizit kartı” hesab olunan Fernando Alonso İçərişəhər divarlarının ətrafından keçən trekin 8-11-ci döngələri əhatə edən 7,6 metrlik ensiz yoxuş hissəsi ilə də tanış olub. İspaniyalı pilot daha sonra Bakının müdafiə məqsədilə tikilmiş qədim abidəsi olan Qız qalasının ətrafından keçən və ikiistiqamətli hərəkət hissəsindən ibarət olan 16-cı döngəyə baş çəkib. Fernando Alonso Bakıda keçirdiyi mətbuat konfransında Bakıda olmaqdan böyük məmnunluq hissi keçirdyini deyib: “Üç dəfə Avropa Qran-pri yarışlarının qalibi adını qazanmışam. Sonuncu dəfə Berlində təşkil olunan Avropa Qran-prisində fərqlənmişəm. Azərbaycanda ilk dəfədir belə yarış təşkil edilir. “Formula-1” Avropa Qran-prisinin səfiri kimi Bakıda olmaq mənim üçün çox xoşdur. Bütün həmkarlarım adından demək istəyirəm ki, burada sürətli yürüşə çıxmaqdan məmnun olacağıq. İdman həvəskarları, adətən, bu yarışları televiziya vasitəsilə izləyirlər. Ancaq yarışı canlı gördükdə tamamilə başqa hisslər yaranır. Bakıda bununla bağlı gözəl infrastruktur, otellər və imkanlar var. Trasla tanış olmuşam. İyunda gözəl yarışa şahidlik edəcəksiniz və bütün azarkeşləri unudulmaz anlar gözləyir. Bakı gözəl şəhərdir. Yarışın keçiriləcəyi vaxt da çox münasibdir. Trasın dənizin sahili boyunca yerləşməsi isə ecazkar görünüş yaradır”. Onun fikrincə, sərt döngələr pilotlara problem yaradacaq: “Şəhərin tarixi hissələrində yollar daralır. Yoxuşlu yollar da var ki, bu, asan olmayacaq. Sürətli yolda isə sürəti saatda 340 kilometrədək artırmaq mümkün olacaq”. Qeyd edək ki, İspaniyanın idman nəşri "Marca" Fernando Alonsonun Bakıya səfərindən yazıb. Məqalədə F. Alonsonun Bakıdakı hazırlıq işlərindən məmnun qaldığı vurğulanır. Yazı müəllifi hesab edir ki, Bakıda qurulan yolun ən maraqlı hissələrindən biri Qala divarları yaxınlığından ötən və eni cəmi 7,6 metr olan döngədir. Yarışda kimin qalib gələcəyi pilotların məhz bu hissəni necə keçəcəyindən asılı olacaq. Məqalədə Bakının gözəl məkanlarından fotolara da yer verilib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info