“Daş yuxular”ı müdafiə etməklə “ziyalılar forumu” iç üzünü göstərdi
Tarix: 25.02.2013 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Əkrəm Naibovun “Daş yuxular” əsəri ortaya çıxmazdan əvvəl müəllifin təmsil olunduğu müəyyən dairələrin əsərlə bağlı ilkin tanışlığının olması fikri əvvəlcə ehtimal olsa da, sonrakı proseslər bunun doğru olduğunu təsdiqlədi. Belə ki, yayılan məlumatlar əsasən belə idi ki, Ə.Naibov “Daş yuxular”ı Rusiyanın “Drujba narodov” jurnalında dərc etməmişdən öncə təmsil olunduğu “ziyalılar forumu” adlı təşkilatda müzakirəyə çıxarıb. Bu, hələ iki il öncə baş veribmiş və reneqat, siyasi riyakar Eldar Namazovun dəstəsinə məhdud sayda dərc olunan bu əsər paylanılıbmış. Əsər dəstə tərəfindən bəyənilib, lakin onun Bakıda çap olunmaması tövsiyə olunub. Bu tövsiyədən sonra əsər sınaq tirajı ilə də başa çatıb. Buna sübut kimi “ictimai palata” üzvü Zəfər Quliyevin sözlərini də göstərmək olar. Belə ki, Z.Quliyev bu əsərdən bir il öncə xəbərinin olduğunu və “ziyalılar forumu”na əsərin çap edilməsinin qarşısını almağı təklif etdiyini deyib. O qeyd edib ki, yazıçı əsəri yaxın ətrafına vermişdi ki, oxuyub fikirlərini bildirsinlər.

Əsərin çap olunması, xüsusilə də, Azərbaycanda deyil, başqa ölkədə və başqa dildə işıq üzü görməsi əsərin Ə.Naibovun yaxın ətrafından “müsbət rəy” aldığını və onların “tövsiyəsinə” əməl etdiyini deməyə əsas verir. Təşkilat bunu nə qədər təkzib etsə də, Azərbaycan ictimaiyyətində böyük etirazla qarşılanan bu əsərin ortaya çıxmasından sonra onların özlərini hər şeydən xəbərdar kimi aparması və bütün ölkənin etiraz səsinə qoşulmadan susmaq mövqeyini seçməsi, həmçinin bəzi məqamlarda əsərin və müəllifin müdafiəsinə qalxması bu ehtimalın həqiqətə nə dərəcədə uyğun olduğunu göstərdi. Digər tərəfdən, əsər ortaya çıxdıqdan sonra sonra reneqat, siyasi dönük Eldar Namazov və onun dəstəsi ictimaiyyətdən qaçmağa, onlara ünvanlanmış suallardan yayınmağa çalışdı ki, bu da şübhələri artıran məqamlardandır. Onların əsas məsələni bir kənara qoyub, mətləbə uyğun olmayan məsələlərdən danışması, “El” kimi siyasi populist xarakterli təşkilatdan bəhs etmələri də ictimai fikri yayındırmağa hesablanan addımları idi.
E.Namazov və onun dəstəsinin susmasına gəlincə, bəlkə də onlar üçün vəziyyətdən çıxmağın ən yaxşı yolu bu idi. Çünki onlar bu əsərin antimilli hərəkət olduğunu dilə gətirsəydilər, Ə.Naibova qarşı çıxmış olardılar və bu, onların Ə.Naibov tərəfindən ifşa olunmasına səbəb olardı. Digər tərəfdən, açıq şəkildə Ə.Naibovun müdafiəsinə (dolayı yolla bu müdafiə təşkil olunur-red) qalxsaydılar, antimilli, dövlətçilik əleyhinə mövqelərini ortaya qoymuş olacaqdılar. Bu baxımdan, E.Namazovun dəstəsi susmaqla vəziyyətdən çıxacaqlarını düşündülər, lakin ictimaiyyət onların məqsədini anladı. Çünki söhbət nə siyasi, nə iqtisadi maraqlardan getmir. Söhbət millətin heysiyyətindən, müqəddəs olan dəyərlərindən gedir və Azərbaycan xalqı tarix boyu bu dəyərləri heç vaxt əzdirməyib.
“Ziyalılar forumu” bu hərəkətlərini kölgələməyə cəhd etsə də, forumun üzvü Eldəniz Quliyevin mətbuata açıqlaması, daha doğrusu, əsərlə bağlı dedikləri E.Namazovun dəstəsinin iç üzünü ortaya çıxartdı. Belə ki, E.Quliyev mətbuata müsahibəsində deyib ki, Ə.Naibovun “Daş yuxular”ı “ziyalılar forumu”na gözlənilməyən və çox ağır zərbə oldu.
Bu açıqlamadan da görünür ki, “ziyalılar forumu” bu zərbəni gözləmirdi. Yəni onlar varlığını xalqdan gizlədib “müsbət rəy” verməklə işıq üzü görməsinə səbəb olduqları “Daş yuxular”ın özlərinə qarşı çevriləcəyini hesablamayıblar. Hesab ediblər ki, bu əsəri seçki ilində üzə çıxarmaqla xarici dairələrdən, xüsusilə, erməni lobbisinin təsiri altında olan antiazərbaycan qüvvələrdən dəstək ala biləcəklər. Sonuncu məqamda isə bunu yaradıcılıq təxəyyülü adlandıraraq üstündən keçəcəklər. Amma hazırkı vəziyyətdə “ziyalılar forumu” antiazərbaycançılıq mövqeyini ortaya qoyaraq, öz iç üzlərini açmış oldu və xalq bu qüvvələrin hansı məqsədə xidmət etdiyini, hansı hədəfə getdiyini və öz maraqları naminə milli maraqların üstündən xətt çəkdiyini anladı.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynov da “Palitra”ya açıqlamasında E.Quliyevin açıqlamasının əslində “ziyalılar forumu”nun iç üzünü göstərdiyini deyib. Onun sözlərinə görə, E.Namazov və onun dəstəsi elə bilirdi ki, bu əsərin onların xeyir-duası ilə ortaya çıxmasından cəmiyyət xəbərsiz olacaq: “Amma Azərbaycan cəmiyyəti ünvanı səhv salmır, xüsusilə, Azərbaycan maraqları müzakirə mövzusu olanda. Forumun öz üzvü də etiraf edir ki, “Daş yuxular” onlar üçün gözlənilməz zərbə olub. Çünki bu dəstə xalqın Ə.Naibova göstərdiyi münasibətə, nifrətə tuş gəlməkdən qorxur. Hesab edirəm ki, bu, E.Namazovun və onun dəstəsinin həm ictimaiyyətdə, həm də can atdıqları siyasətdə sonu olacaq”.
A.Hüseynov qeyd edib ki, “ziyalılar forumu”nun tərkibinə, onların şəxsi keyfiyyətlərinə, milli maraqlarımıza yanaşdıqları tərzə nəzər saldıqda görürük ki, bu forumda birləşən adamları yalnız və yalnız şəxsi mənafe düşündürür: “Qəribədir ki, bu dəstənin əksəriyyətinin maddi təminat maraqları ortaya çıxanda xalq yadlarına düşür. Əksinə, onların heç birini dövlətçilik, milli maraqlar düşündürmür. Bu baxımdan, Ə.Naibovun məlum əsərinin bu dəstədə müzakirə olunması danılmazdır. Bir müddət əvvəl Ə.Naibov belə bir söz demişdi ki, “mən elə bir əsər yazmışam ki, onu indi çap etməyə qorxuram”. Bu sözləri və ondan sonrakı prosesi araşdıranda məlum olur ki, Ə.Naibov bunu oturub-durduğu E.Namazovun dəstəsində müzakirə edib və onların məsləhəti ilə seçki ilində çap edib. Çünki bütün dünyada seçkilərin keçirildiyi vaxt həssas dövrdür. Lakin onların istədikləri, arzuladıqları alınmadı və E.Quliyevin “bu əsər “ziyalılar forumu”na zərbə vurdu” deməsi də bunun göstəricisidir”. Siyasi Şuranın üzvü hesab edir ki, “ziyalılar forumu”ndakılar açıq şəkildə içlərini göstərdilər.

Asif CƏLALOĞLU




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info