Güləşçimiz beşqat Avropa çempionu oldu
Tarix: 10.03.2016 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Mariya Stadnik:
“Bu qələbəni özümə və komandamıza hədiyyə etdim”

Azərbaycan güləşçisi Mariya Stadnik Riqada keçirilən güləş üzrə Avropa çempionatında qələbə qazanaraq 5-ci dəfə qitə birincisi olub. Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb. Yarışların ilk günündə 57 və 86 kq çəkidə sərbəst, 48 və 63 kq çəkidə qadın güləşçilər mübarizə aparıb. Qadın güləşi üzrə yığmamızın kapitanı Mariya Stadnik (48 kq) finala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdırıb.
Əvvəlcə o, Ukrayna təmsilçisi Oleksandra Kogutu, ardınca Rusiya təmsilçisi Valentina İslamovanı, yarımfinalda isə Bolqarıstandan Elitsa Yakonvanı tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rumıniya təmsilçisi Emilia Vuc olub. Rəqibinə heç bir şans verməyən Mariya Stadnik növbəti dəfə Avropa çempionu adına sahib olub. Xatırladaq ki, Mariya bu günədək 4 dəfə (2008, 2009, 2011, 2014) Avropa çempionu, ötən il isə ilk Avropa Oyunlarının qalibi olub. Mariya Stadnik qələbədən sonra müsahibəsində qələbəni özünə və komandaya hədiyyə etdiyini deyib. Avropa çempionatının Rio-2016 Olimpiya Oyunlarına hazırlıq mərhələsi olduğunu bildirən idmançı bu Oyunların hər bir idmançı üçün birinci yerdə durduğunu qeyd edib: “Mənim artıq lisenziyam var, sadəcə məqsədyönlü şəkildə məhz Olimpiya Oyunlarına hazırlaşıram. Qələbələrə artıq vərdiş etmişəm, çünki bu artıq mənim 7-ci qələbəmdir. Əlbəttə, hər dəfə yeni hisslər yaranır, lakin birinci qazanılan qələbə ilə müqayisədə indiki hisslər daha sakitdir. Biz daha bir yaxud iki turnirdə iştirak etmək istəyirik. Dünya Kubokunda yarışmaq istəyirdik, lakin təəssüf ki, bu il bu turnir keçirilməyəcək”.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22.02.2019
“Barcelona arzularımın komandasıdır”
22.02.2019
UEFA Avropa Liqası: “Fənərbaxça“ turnirdə mübarizəni dayandırıb
22.02.2019
Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar” siyahısında birinci olub
22.02.2019
Rusiyalı atlet Anjelika Sidorova Almaniyada qış çempionatının qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info