Şura üzvlüyünə “İnsan hüquqları və demokratiya“ qrupu üzrə seçkilərin nəticəsi məlum olub
Tarix: 10.03.2016 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə "İnsan hüquqları və demokratiya" qrupu üzrə seçki keçirilib.
İclası açıq elan edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.6-cı bəndinə və 4.8.7-1. yarımbəndinə uyğun olaraq, Şura üzvlüyünə qeydə alınmış namizədlərin seçilməsi üçün ixtisaslaşmış 8 QHT qrupunda seçkilərin keçiriləcəyini deyib. F.Gurbanov seçkilərin azad, şəffaf və demokratik şəkildə keçirilməsi üçün lazımi şəraitin yaradıldığını bildirib.
İclasa açıq səsvermə ilə Sahib Fərzəliyev sədr, Zemfira Mustafayeva isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edilib. Sahib Fərzəliyev bildirib ki, iclasda qeydə alınmış 71 QHT nümayəndəsindən 65-i iştirak edir. Hər bir nümayəndə maksimum 3 namizədə səs verə bilər.
Şura üzvlüyünə namizədlər “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyinin sədri Səbuhi Abbasov, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, “Ahıl Ziyalılara Qayğı” İctimai Birliyinin sədri Nurullayev Nəsrulla və “Neftçilərə Hüquqi Yardım Mərkəzi" İctimai Birliyinin sədri Nəbi Rəhimov iclasda çıxış ediblər.
Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Sahib Məmmədov (60 səs), Nəbi Rəhimov (21 səs) və Nəsrulla Nurullayev (20 səs) olub.
Qeyd edək ki, seçki prosesini Niderlandın Azərbaycandakı səfiri, Avropa İttifaqı və Rumuniyanın ölkəmizdəki səfirliklərinin nümayəndələri və media təmsilçiləri izləyib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info