Almaniyada elektrik enerjisinin qiyməti bahalaşıb
Tarix: 10.03.2016 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Dünyanın ən böyük turizm sərgilərindən olan Berlin Beynəlxalq Turizm sərgisi başlayıb. Artıq 50 ildir ki, keçirilən sərgiyə bu il 187 ölkədən 10 min şirkət qatılıb. Ümumiyyətlə, alman turizm sektoru cari ildə, əsasən, bir problemi önə çəkir. Belə ki, almanları səyahət etdikləri bir çox ölkədəki təhlükəsizlik məsələsi qorxudur. Hətta Almaniya Federal Turizm rəhbəri Michael Frenzel bildirib ki, son aylarda müştərilərdə turizm səyahətləri ilə bağlı etibarsızlıq hakimdir.
Araşdırmalara görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə bir milyon rezervasiya azalıb. Alman turistlərin əksəriyyəti, əsasən, Misir, Tunis, Türkiyə kimi ölkələri səyahət üçün etibarlı yer kimi qəbul etmir. Məhz bu məqsədlə almanlar yay tətili üçün Türkiyədə rezervasiyaları 40 faiz azaldıblar. Beləliklə, bu gün almanlar bir sıra xarici ölkələrə mövcud vəziyyətlə bağlı etibar etmədikləri üçün turizm səfərlərinə üstünlük vermirlər. Lakin hazırda Almaniyanın özündə baş verən müxtəlif proseslər, problemlər, terror hadisələri heç bu ölkənin özünün də etibarlı olmadığını göstərir.

Narkotik vasitədən ölənlərin sayı artıb
Almaniyanın “Welt am Sonntag” qəzetinin Federal Təhlükəsizlik Təşkilatının hazırladığı hesabat əsasında yaydığı xəbərə görə, ötən il ölkədə narkotik vasitələrdən istifadə nəticəsində 1226 ölüm hadisəsi qeydə alınıb. Bu rəqəm əvvəlki illə müqayisədə 18,8 faiz çoxdur. Narkotik vasitədən ölənlərin ən çox müşahidə edildiyi şəhərlər sırasında Berlin, Hamburq və Bremen gəlir. Narkotikadan ölənlərin sayı xüsusilə də Saksoniya və Mecklenburq Vorpommem əyalətlərində ikiqat artıqdır. FTT-nin məlumatına görə, Almaniyada ağır narkotik maddə istifadəçilərinin sayı 4 faiz artıb.

Şirkətlər qiymətləri artırır
Ölkənin bir çox şəhərində elektrik enerjisi qiymətlərində ciddi miqdarda artım müşahidə edilir. İstehlakçıların mənzillərdə istifadə etdiyi elektrik enerjisi ilə bağlı qiymətlərin artırılması etirazla qarşılanıb. “Frankfurter Allgemenie Zeitung” qəzetinin məlumatına görə, Almaniyada bu il 800 elektrik enerjisini təmin edən şirkətdən 230-u qiymətləri artırıb. İlin əvvəlində artımın nisbəti 2,9 faiz kimi yüksək bir rəqəm olub. Qiymət artımı bir çox bölgədə 15,1 milyon istehlakçını əhatə edib. Ən böyük elektrik şirkətlərindən olan “Vattenfall” 1 aprel tarixindən etibarən Hamburq və Berlində də mənzillərə verilən elektrik enerjisinin qiymətlərinin artacağını elan edib. Beləliklə, yeni il başlayandan ölkənin əksər şəhər və qəsəbələrində elektrik enerjisinin qiymətləri qalxıb. Berlin və Hammurqda yaşayan istehlakçılar enerjiyə görə əvvəlki illə müqayisədə 3,9 faiz artımla ödəniş etməli olacaq. Ölkənin digər böyük şirkəti olan “Eon”da 1 aprel tarixindən etibarən Brandenburq və Schlesviq-Holstein əyalətlərində qiymət artımına getmək qərarı aldığını bildirib.

Qaçqınlar üçün nəzərdə
tutulan evə silahlı hücum

Almaniyanın Saksoniya-Anhalt əyalətinin Graefenhainichen şəhərində qaçqınlar üçün nəzərdə tutulan binaya silahla hücum olub. Saksoniya-Anhalt polisi tərəfindən verilən açıqlamada, qaçqınların qalması üçün planlaşdırılan bir binaya gecə şəxsiyyəti naməlum şəxslər tərəfindən atəş açıldığı, hadisə əsnasında binada olan təhlükəsizlik işçilərinin isə yaralanmadığı ifadə edilib. Saksoniya-Anhalt Əyaləti daxili işlər naziri Holger Stahlknecht günahkarları tapmaq üçün əllərindən gələni edəcəklərini qeyd edib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info