Yeni neft karteli dünyanın geosiyasi xəritəsini dəyişəcək
Tarix: 10.03.2016 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Xatırlatmaq yerinə düşər ki, bir müddət bundan əvvəl Britaniyanın nüfuzlu "The Daily Telegraph” nəşri Rusiya iqtisadiyyatında yaşananlara münasibət bildirərkən, bu ölkənin öz iqtisadiyyatı üzərində nəzarəti itirdiyini və sovetsayağı valyuta mübadiləsi nəzarətini tətbiq etməyə məcbur ola biləcəyini iddia etmişdi. Lakin unutmaq lazım deyil ki, dünyada hər şey dəyişir.
Bu günlərdə «OilPrice. com» internet resurs Rusiyanın rəhbərliyi ilə yeni neft kartelinin yaradılması barədə məlumat verir. Nəşr belə bir kartelin meydana gəlməsinin dünyanın güc tarazlığında ciddi dəyişikliklərə səbəb ola biləcəyini də iddia edir: «Əgər bu ssenari baş tutarsa, Rusiya faktiki olaraq iri neft hasil edən ölkələr arasında lider olaraq, dünya təchizatının 73 faizinə məsul olacaq. Rusiya uğurlu manevr edərək hazırkı böhran fonunda neft sektorunda yeni kartelin formalaşmasında aparıcı rolu öz üzərinə götürəcək. Qeyd edək ki, belə bir kartelin yaradılmasında ilk addım kimi, hələ ötən ay Rusiya, Qətər, Səudiyyə Ərəbistanı və Venesuela nümayəndələrinin reallaşan görüşünün də böyük xidməti olub. Belə gözlənilir ki, martın ortalarında reallaşacaq növbəti görüşdə bu məsələlər daha geniş müzakirə ediləcək. Xatırlatmaq yerinə düşər ki, əgər bu görüşdə Rusiya və OPEK ölkələri tam razılığa gələrsə, bu halda Moskva öz liderlik mövqeyini daha da gücləndirmiş olacaq. Qeyd edək ki, dünyada yaşanan iqtisadi böhrana qədər bu sahədə əsas diqtəni neftlə zəngin Səudiyyə Ərəbistanı verirdi. Lakin neft qiymətinin kəskin azalmasından sonra krallığın bu istiqamətdəki rolu xeyli azalıb. Görünür, yaranmış şəraitdə, neft böhranına qarşı mübarizəni Rusiya öz üzərinə götürür. Hər halda, vəziyyətin ABŞ ilə münasibətlərdəki kəskin pisləşməsi fonunda Er-Riyada qlobal təhdidlər qarşısında dövlətin maraqlarını təmin edə biləcək yeni müttəfiq lazımdır. Bu da məlumdur ki, Səudiyyə Ərəbistanının Suriya münaqişəsində Rusiya ilə əks qütbdə dayanmasına baxmayaraq, neft qiyməti birgə ittifaq məsələsini mümkün edə bilər. Bir daha xatırladaq ki, əgər Rusiya və OPEK arasındakı kartel reallaşarsa, bu təşkilata daxil olan ölkələr yaxın gələcəkdə dolların mübadiləsindən imtina edə bilərlər”. «Moskva hazırkı şəraitdə hər vasitədən istifadə edərək yaralanmağa çalışır. Və əgər martın ortalarında gerçəkləşəcək görüşdə bu ideya reallaşarsa, o halda Rusiya dünyanın geosiyasi dəyişikliyinə səbəb ola bilər»-deyə nəşr xüsusi olaraq qeyd edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info