Tramp daha üç ştatda qələbə qazanıb
Tarix: 10.03.2016 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


ABŞ prezidenti postuna Respublika Partiyasından namizədliyə iddia edən milyarder Donald Tramp Miçiqan və Missisipi ştatlarında keçirilən ilkin seçkilərdə qələbə qazanıb.
“Euronews” telekanalı xəbər verir ki, bu arada Respublika Partiyasının 70-dən çox görkəmli üzvü Trampın prezident seçkilərində iştirakının əleyhinə olan açıq məktub yazıblar. Onlar milyarderi ABŞ-ın milli təhlükəsizliyinə təhlükə hesab edirlər. Keçmiş dövlət katibi Hillari Klinton və senator Berni Sanders Demokratiya Partiyasından ABŞ prezidenti postuna rəsmi namizədlik uğrunda mübarizəni davam etdirirlər. Növbəti praymerizin nəticəsinə görə Berni Sanders Miçiqan ştatında, Hillari Klinton isə Missisipidə lider olub. Hillari Klintonun Missisipidə qələbə qazanması gözlənilən idi. Belə ki, praymeriz ərəfəsində keçirilən sosioloji sorğu onun Sanders qarşısında aşkar üstünlüyə malik olduğunu göstərirdi. Son məlumata görə, Donald Tramp partiya fəallarının Havayi ştatında keçirilən yığıncağında, onun əsas rəqibi olan senator Ted Kruz isə Aydaxo ştatında baş tutan praymerizdə qalib gəlib. Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Çində İkinci Dünya müharibəsindən qalan artilleriya mərmisi tapılıb
18.03.2019
Avstriyanın Zaltsburq şəhərində Novruz şənliyi keçirilib
17.03.2019
Beynəlxalq koalisiya Suriyaya zərbə endirdi
17.03.2019
İndoneziyanın Papua əyalətindəki seldə 50 nəfər həyatını itirdi
17.03.2019
Dünya niyə bu hadisəni törədənə terrorçu demədi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info