Qeyri-qanuni köç sona çatır
Tarix: 10.03.2016 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


Brüsseldə reallaşan Avropa Birliyi-Türkiyə zirvə toplantısında Ankaranın təkliflərinin əksəriyyətinə müsbət cavab verilib. Martın 18-də “texniki detalları görüşmək” üçün yeni bir zirvə toplantısı keçiriləcək.
Toplantının 2 saat davam etməsi gözlənilirdi, amma Türkiyənin təqdim etdiyi yeni təkliflərə görə, zirvə görüşü gecə saat 3-ə qədər davam edib. Avropalı liderlər üçün Konyanın məşhur yeməyi ətli çörək sifarişi verilib. Davudoğlu, zirvənin ardından Avropa Şurasının başçısı Donald Tusk və Avropa Komissiyasının rəhbəri Jean Claude Juncker ilə mətbuat konfransı təşkil edib. Davudoğlu deyib ki, Türkiyə üzərinə düşəni edəcək: “Biz çox cəsur bir təklif gətirərək Türkiyədən keçən miqrantları geri qəbul edə biləcəyimizi söylədik. Türkiyə yunan adalarından götürdüyü bir suriyalı üçün digərini Avropaya göndərə biləcək”.
Tusk da Türkiyədən Yunanıstana axının yüksək səviyyədə olduğunu deyib: “Türkiyə mühacirləri geri götürməyi qəbul etdi. Bu, qeyri-qanuni köç günlərinin sonu mənasını verir".
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info