Azərbaycan ilə Bolqarıstan tarixən bir-birinə yaxın olub
Tarix: 10.03.2016 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Bolqarıstanın ölkəmizdəki səfiri xanım Maya Xristova ilə görüşü olub. Heydər Əliyev Fondunda Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristovanı görməkdən şad olduğunu deyən Mehriban Əliyeva Azərbaycan-Bolqarıstan əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri vurğulayıb.
Birinci xanım Mehriban Əliyeva ölkələrimizin və xalqlarımızın tarixən bir-birinə yaxın olduğunu qeyd edərək, münasibətlərimizin həm dövlət başçıları, həm hökumətlər, həm də xalqlar arasında yüksək səviyyədə olduğunu vurğulayıb. Bu əməkdaşlıqda Maya Xristovanın əməyini xüsusi qeyd edən Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun diplomatik missiyanın rəhbərinin dəstəyi ilə Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpası işlərini həyata keçirdiyini diqqətə çatdırıb. Mehriban Əliyeva bildirib ki, bununla əlaqədar ötən ilin may ayında Sofiyada “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiyası və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında saziş imzalanıb. Hazırda bərpa işləri başa çatmaq üzrədir. Səfir Maya Xristova Heydər Əliyev Fondunun Bolqarıstanda həyata keçirdiyi layihəyə görə təşəkkürünü bildirərək, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Heydər Əliyev Fondunun prezidenti dünən İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo ilə də görüşüb. Mehriban Əliyeva Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji sahələrində mövcud olan uğurlu əməkdaşlığı məmnunluqla qeyd edib. “Şadam ki, ölkələrimiz arasında humanitar əlaqələr də yaxşı inkişaf edir”, - deyən Mehriban Əliyeva son illər Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə İtaliyada bir çox tədbirlərin keçirildiyini bildirib. Heydər Əliyev Fondunun prezidenti bu tədbirlərin təşkilində məqsədin Azərbaycan reallıqlarını İtaliya ictimaiyyətinə çatdırmaq olduğunu deyib. Mehriban Əliyeva belə tədbirlərin İtaliya vətəndaşları tərəfindən böyük maraqla qarşılandığını və gələcəkdə bu istiqamətdə işlərin davam etdiriləcəyini də vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info