İran Sərhəd Qoşunları ilə əməkdaşlıq genişlənəcək
Tarix: 10.03.2016 | Saat: 01:21:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib. Dünən qonaqlar Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib. Görüş zamanı Azərbaycan Dövlət Sərhəd Xidməti və İran İslam Respublikasının Sərhəd Qoşunları arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Belə ki, tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan - İran sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, habelə Xəzər dənizində qeyri-qanuni fəaliyyətlərə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin, qeyri-leqal miqrasiya və qaçaqmalçılıq fəaliyyətinin, narkotik maddələrin, silah-sursatın qanunsuz daşın­masının qarşısının alınmasının vacibliyi vurğulanmış, qeyd olunan sahələr üzrə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilib. Bununla yanaşı “Şimal - Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Astara (AR) - Astara (İİR) dəmir yolu xəttinin birləşdirilməsi və bundan irəli gələn digər məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə sərhəd qurumları arasında əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib. Görüşdə dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunması, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğu qeyd edilib, həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində İran nümayəndələrinə ətraflı məlumat verilib.




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info