“Avropa özü mənəvi, dəyərlər münaqişəsinə cəlb olunub”
Tarix: 10.03.2016 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


“Biz dünyanın bölüşdürülməsi ilə bağlı faktiki yeni Yalta konfransı ərəfəsindəyik, dünya buna imkan verməməlidir”.
Bunu bu gün başlayan IV Qlobal Bakı Forumunun açılışında Bolqarıstan prezidenti Rosen Plevneliyev deyib. Bolqarıstan prezidenti bildirib ki, müharibə etmək asandır, sülh əldə etmək isə çətindir: “Güclü dövlətlər asan şəkildə nizamı poza bilər. Sərhədləri pozmaq yox, rifaha nail olmaq lazımdır. Azad, tolerant cəmiyyətlər yaradılmalıdır. Dünyada millətçiliyin artdığını nəzərə alsaq, Avropa özü mənəvi, dəyərlər münaqişəsinə cəlb olunub. İqtisadi və siyasi əməkdaşlıq zəruriyyətdir. Bu gün sərhədlərimizdə xaos, dondurulmuş münaqişələri görürük. Cinayətkar mütəşəkkil qruplar milyardlar qazanır. Miqrantlar daha yaxşı həyat səviyyəsi axtarışındadırlar. Sərhədləri təhlükəsiz saxlamaq üçün insan haqları müdafiə olunmalıdır. Balkan ölkələrini sabitlik və rifahın, dinlərin və cəmiyyətlərin tolerantlığı üçün ön cəbhəsi sayıram”.  
 
R. Plevneliyev bildirib ki, diplomatiya, danışıqlar, sərhədlərin bölünməzliyi əsas götürülməlidir: “2016-cı ildə biz daha qeyri-sabit dünya nizamına doğru gedirik. Diplomatiya və prinsiplər əsasında rifah dünyasının yaradılmasına çalışmalıyıq. Yeni dünya nizamına, yeni cəmiyyətlərin yaradılmasına nail olmalıyıq, əməkdaşlıq əsas götürülməlidir. Nizami Gəncəvi deyib ki, biliklər vasitəsi qapıların açıq qalmasını təmin etmək olacaq. Biz liderlərimizi öz biliklərimizlə dəstəkləməliyik”.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info