“Dünya dəyişib, çoxqütblü konfiqurasiyaya keçib”
Tarix: 10.03.2016 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


“Bu tədbirə dəvət olunduğum və çıxışıma şərait yaradıldığı üçün təşəkkür edirəm. Qonaqpərvərliyə, dost kimi qarşılandığıma görə Prezident İlham Əliyevə, Azərbaycan xalqına təşəkkür edirəm”.
Bu sözləri IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Albaniya prezidenti Bujar Nişani deyib. O bildirib ki, forumun mövzuları düzgün və məqamında seçilib: “Çoxqütblü dünya barədə müzakirələrin aparılacağını öyrənəndə “soyuq müharibə” başa çatdıqdan sonra baş verən dəyişiklikləri xatırladım. Yeni dəyişiklik və çağırışlar da böyük əhəmiyyət kəsb edir. 25 il ərzində dünya sürətlə dəyişilib. Azadlıq, kibertexnologiyaların inkişafı, təbii sərvətlərin istismar edilməsinin əlaqələndirilməsi, sərbəst bazar münasibətlərinin yaradılması və digər aspektlər əvvəllər bəşəriyyətə məlum olmayan bir inkişafa səbəb olub. Bir sıra dövlətlər sürətdə inkişaf edərək raqəbətədavamlı dövlətlərə çevriliblər, güclü ölkələr olublar. Amma digər dövlətlər də var ki, vəziyyət fərqlidir”.
 
B. Nişani qeyd edib ki, “soyuq müharibə”nin başa çatmasından sonra sərhədlər daha çox virtual xarakter daşımaqdadır: “Dinlə əlaqələndirilməyə çalışılan, ancaq dinlə əlaqəsi olmayan radikalizm meylləri artıb. Bu mənzərə belə təəssürat yaradır ki, optimist olmağa əsas yoxdur. Bu çağırış və təhdidlərin öhdəsindən gəlmək üçün kompleks tədbirlər görmək lazımdır. Müxtəlif regional və beynəlxalq təşkilatlar bu çağırışlara uyğunlaşmalıdır. Dünya dəyişib, çoxqütblü konfiqurasiyaya keçib. Ancaq bu qütblər nə dərəcədə planetin gələcəyi üçün müştərək məsuliyyət daşımağa hazırdırlar? Bu gün dünyanın daha çox dialoq və əməkdaşlığa ehtiyacı var. Ona görə də belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirirəm ”.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info