“Biz anladıq ki, get-gedə çoxqütblü dünyaya doğru gedirik”
Tarix: 10.03.2016 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Müasir dövrdə çoxlu çağırışlar ortaya çıxıb, təhdidlər yaranıb. SSRİ dağılıb, artıq Çinin iqtisadi gücünü nəzərə almamaq olmaz”.
Bunu bu gün IV Qlobal Bakı Forumunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib. Forumun “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edildiyini nəzərə çatdıran İ. Serageldin Yunanıstan böhranının bazar iqtisadiyyatının da bir çox problemi ortaya çıxardığını göstərdiyini qeyd edib: “Çoxqütblü dünyaya doğru” şüarı ilə əməkdaşlıq etməyə can atan dövlətlərin sayı çoxalıb. “Əl-Qaidə” terror təşkilatı Qərbdə müsəlman əhaliyə qarşı münasibəti pisləşdirib. Bu, tək iqtisadi deyil, sosial, mədəni məsələlərdir. Ona görə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması qərara alınıb. Biz anladıq ki, get-gedə çoxqütblü dünyaya doğru gedirik”. 
 
Həmsədri bildirib ki, Forumda Suriya mövzusu ayrıca müzakirə olunacaq: “Eyni zamanda biz İran və Əfqanıstan kimi ölkələrin özünəməxsusluğunu nəzərə almalıyıq. Başa düşməliyik ki, bu dünyada problemləri həll etmək üçün əməkdaşlıq etməliyik, demokratiyanın inkişaf etdiyi Avropa və ABŞ-da da cəmiyyətlər bölünür, demokratiya problemlərlə qarşılaşır. Ekstremizmin qarşısının alınması üçün daha çox gəncin İKT-yə cəlb olunmasına ehtiyac var. Müasir düşüncə tərzi ekstremizmin aradan qalxmasına zəmin yarada bilər. Biz demokratiyanı insanların hüquqlarını pozan amillərlə ölkələrimizdə tətbiq etməyə çalışmamalıyıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info