“Təmiz Şəhər“ “Kaspi“ liseyinin filialında xüsusi tullantı qutuları yerləşdirdi
Tarix: 10.03.2016 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


“Təmiz Şəhər” ASC “Kaspi” liseyinin Xətai rayonunda yerləşən filialında xüsusi tullantı qutuları yerləşdirib. İki fərqli rəngdə olan qabların birinə şagirdlər yalnız pet butulkaları, digərinə isə ancaq lazımsız kağız və karton materialları atacaqlar.
Bu barədə “Təmiz Şəhər” ASC-dən məlumat verilib.
Bununla əlaqədar liseydə tədbir keçirilib və “Təmiz Şəhər”in əməkdaşları təqdimat keçirərək şagirdlərə bu qutulardan düzgün istifadənin qaydalarını izah edib və ümumiyyətlə tullantıların təkrar emalı mövzusunda məlumat verib.
ASC bu cür layihələrlə məktəblilərdə tullantıları çeşidləmə vərdişlərini aşılamağa çalışır. Səhmdar cəmiyyət müxətlif təhsil müəssisələrində bu və başqa formalı maarifləndirmə layihələri həyata keçirir ki, həmin layihələrlə tullantıların idarə olunması məsələlərinə həm marağı artırır, həm də ətraf mühitin qorunması üzrə gələcək dəstəkçilər yetişdirir. Bu tip proqramlarla ekologiyanın xüsusilə tullantılara aid sahəsinin inkişafı planlaşdırılır.
“Kaspi” liseyində quraşdırılan tullantı qutularında yığılacaq tullantılar həm də təkrar emala yönəldilərək real fayda götürüləcək – onlardan yeni, istifadəyə yararlı materiallar hazırlanacaq.
Məsələn, liseyin Sabunçu rayonundakı filialında 2 ay əvvəl qoyulan qablardan indiyədək 500 kiloqrama yaxın maklatura toplanıb.
İstifadə olunmuş kağız materiallarının 100 kiloqramı təkrar emala cəlb olunarkən 1 ağacdan hazırlanan kağız qədər yeni material hazırlanır. O zaman, demək olar ki, liseyin Sabunçu filialının şagirdləri artıq 5 ağacı kəsilməkdən xilas edib. Xətai filialında da bu işlər davam etdiriləcəyindən şagirdlərin xilas edəcəyi ağacların sayı daha da artacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
04.08.2020
Pensiyalar və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq - Komitə sədri
03.08.2020
Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb - VİDEO
03.08.2020
Pandemiya dönəmində QHT-lərin birgə fəaliyyətinin effekti
03.08.2020
Metro və “Mall”ların açılması koronavirusun artmasına səbəb ola bilər
03.08.2020
“Avqustun 5-dən “cimerlik.az” saytı fəaliyyətə başlayacaq“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Leyla Abdullayeva: Təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
2 “Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır“
3 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır
4 Manqal salatı-VIDEO
5 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info