İcra məmurlarının fəaliyyətini yoxlayanlara yeni nəzarət səlahiyyətləri verilib
Tarix: 10.03.2016 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Nazirlər Kabinetindən verilən məlumata görə, bununla bağlı “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nda dəyişiklik edilib.
İndiyədək mövcud olan qaydaya görə, icra ilə əlaqədar icra məmurlarının fəaliyyətini yoxlayan şəxs ictimai işlər növündə, cərimə növündə cəzanın icrası, müəyyən vəzifətutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə cəzanın icrası, islah işləri növündə cəzanın icrasına baxan icra məmuru tərəfindən qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsini, icra məmurları tərəfindən şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş məhkumlara nəzarətin həyata keçirilməsini yoxlayırdı.
Yeni dəyişikliklərlə icra məmurlarının fəaliyyətini yoxlayan şəxsə yeni vəzifə verilir. Belə ki, həmin şəxs həm də azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsi barədə məhkəmə qərarlarının tələblərinin yerinə yetirilməsinə də nəzarətin həyata keçirilməsini yoxlayacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info