“Dünyadakı münaqişələrin həlli yollarını birgə axtarmaq lazımdır”
Tarix: 10.03.2016 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


“Albaniyada da bir zamanlar diktatura mövcud idi, ölkəni Şimali Koreya ilə müqayisə etmək olardı. Ancaq son 25 ildə Albaniyada böyük dəyişikliklər baş verib”.
Bunu bu gün IV Qlobal Bakı Forumunda paneldə çıxışı zamanı Albaniya prezidenti Bujar Nişani söyləyib.
 B. Nişani bildirib ki,  Albaniya hazırda NATO üzvüdür, Balkanlarda nüfuzlu bir ölkədir: “Bu Forum əməkdaşlıq və dostluğu təbliğ edir. Balkan regionu ölkələrinin müştərək layihələrdə iştirakı çox önəmlidir. İnsanlar görə bilərlər ki, qısa müddətdə bir ölkə necə düzgün inkişaf yolu seçə bilər”.
Albaniya prezidenti qeyd edib ki, NATO üzvü kimi ölkəsi beynəlxalq sülhyaratma missiyalarında iştirak edib: “Biz əlimizdən gələni edirik ki,Avropa İttifaqına inteqrasiya olunaq. Ölkədə islahatlar həyata keçirilir. Albaniyada müxtəlif dini icmalar var. Bu icmalar əsrlərdir ki, birgə yaşayırlar. Bir məqamı qeyd edim. İkinci Dünya Müharibəsi zamanı yəhudilər çox əziyyət çəkiblər. Albaniya yeganə ölkədir ki, İkinci Dünya Müharibəsindən sonra orada yəhudilərin sayı iki dəfə artıb. Çünki əhali, müxtəlif icmalar yəhudilərə qucaq açmışdı”. 
B. Nişani dünyadakı münaqişələrin həlli yollarını birgə axtarmağın zəruri olduğunu vurğulayıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info