Ehud Barak: “Onları məhv etmək lazımdır”
Tarix: 10.03.2016 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


“Münaqişələrin həlli sevgi macərasının yox, daha çox ağrılı nikahın pozulmasına oxşayır”.
Bunu İsrailin keçmiş baş naziri Ehud Barak Bakıda keçirilən IV Qlobal forum çərçivəsində “Dünya dövlətləri bu gün: gələcəkdə daha çox gərgin məsələlərlə mübarizə aparmaq üçün nəyə ehtiyac var” adlı panel müzakirəsində çıxışı zamanı deyib. 
O bildirib ki, timsahı yedizdirməklə, onun iştahası azalmayacaq: “Dünyada bəzi pis adamlar düzəlmək istəmirlər. İŞİD, “Boko haram” dəyişməyəcək, güzəştə getməyəcək. Onları məhv etmək lazımdır. Əgər ümumi şəkildə hamı tərəfindən qəbul olunmuş bir hökumət və ya güc olmasa, bu münaqişə həll olunmayacaq. Fələstinlilər heç zaman İsrailin nəzarəti ilə razılaşmayacaq. Prosesə başlamaq üçün siyasi güc olmalıdır”.
Norveçin keçmiş baş naziri Harlem Brundtland isə çıxışı zamanı bəyan edib ki, get-gedə dünyada daha çox ölkələr öz səslərini qaldıra bilir. O qeyd edib ki, insanlar dünyanın inkişafı ilə bağlı fikirlərini səsləndirə bilirlər: “Bu prosesə Şərq, Qərb, yoxsul, varlı, bir sözlə hər kəs qatılıb. Hamı bilir ki, bu ümumi məsuliyyətdir. Bu gün yaşayan nəsillər reallıqla qarşılaşmalıdır. Başa düşməlidirlər ki, gələcək bizim qarşımıza hansı məsuliyyət qoyur. Hər bir ölkə özünə görə məsuliyyət daşıyır. İndiki dünya birgə tədbir görməlidir. İndiki reallıq bizə imkan verir ki, çoxlarının inanmadığı tədbirləri görə bilək”.
Finlandiyanın keçmiş prezidenti Tarya Halonen isə çıxışı zamanı bəyan edib ki, dünyadakı meqaböhranlara baxmayaraq, dayanıqlı inkişafa keçmək lazımdır: “Düşünürük ki, demokratiya, insan haqları dünyanın hər yerində olduqdan sonra dayanıqlı inkişafa keçə bilərik. Halbuki belə deyil. Bu işdə gənclər, qadın və yoxsulluq problemləri ilə məşğul olan QHT-lər iştirak etməlidir. Bu işə biznes cəlb olunmalıdır, yeni iş yerləri açılmalıdır. İnsanlara ləyaqətli əmək verilməlidir, sərhədlər qorunmalıdır. İqtisadi məqsədlər üçün bu sərhədləri dağıda bilmərik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info