“Azərbaycanda hər bir vətəndaşın müxtəlif informasiya mənbələrinə sərbəst çıxışı var”
Tarix: 25.02.2013 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


Bakıda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının (MDB İnformasiya Şurasının) XVI iclası keçirildi. İclasın işində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Ukraynanın dövlət informasiya agentliklərinin rəhbərləri, habelə MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak edirdi. Tədbirdə MDB İnformasiya Şurasının fəaliyyəti haqqında hesabat, Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə hazırlıq, 2013-cü ildə MDB-də Belarusun sədrlik konsepsiyası çərçivəsində dövlət informasiya agentliklərinin əməkdaşlığı məsələlər müzakirə edildi. Həmçinin birliyin iştirakçısı olan dövlətlərin Milli İnformasiya Agentlikləri Assosiasiyasının saytının işi, MDB İnformasiya Şurasının cari layihələri müzakirə edildi. İclasda, həmçinin təşkilati məsələlərə baxıldı, İnformasiya Şurasının XVII iclasının keçirilməsi vaxtı və yeri müəyyən edildi.
İclasda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov çıxış edərək ölkəmizdə informasiya cəmiyyətinin formalaşması istiqamətində ciddi addımların atıldığını bildirdi. Hələ ulu öndər Heydər Əliyev tərəfindən başlanmış bu siyasətin hazırda da davam etdiyi qeyd edildi. A.Aslanov onu da vurğuladı ki, məhz bu sahədə tədbirlərin nəticəsidir ki, ölkədə artıq bir müddətdir AzərTac fəaliyyət göstərir. A.Aslanov onu da bildirdi ki, MDB ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclası əlamətdar hadisə - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ərəfəsində keçirilir.
Eyni zamanda bildirildi ki, informasiya cəmiyyətinin formalaşması dövründə MDB İnformasiya Şurasının rolu və əhəmiyyəti də qat-qat artır: “Bu təşkilat Avropa və Asiya qitələrinin bir hissəsini əhatə edən vahid informasiya məkanının yaradılması, milli informasiya agentliklərinin fəaliyyətinin əlaqələndirilməsi, təcrübə mübadiləsinin tənzimlənməsi üzrə mühüm vəzifələri yerinə yetirir. Bütün bunlar bizi yeni biliklərlə zənginləşdirir, dünya informasiya bazarında rəqabət qabiliyyətimizin artmasına şərait yaradır”. A.Aslanov qeyd etdi ki, iclasın gündəliyindəki mühüm məsələlərdən biri 1941-45-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə hazırlıq məsələsidir: “Bu mövzu bizim müştərək keçmişimizlə bağlıdır və biz həmin keçmişin işıqlandırılması, keçmiş sovet respublikalarının hər birinin faşizm üzərində Qələbəyə töhfəsinin təbliği üzrə işimizi daha səmərəli qurmaq yollarını müzakirə etməliyik”.
Birliyin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının sədri Vitali İqnatenko MDB İnformasiya Şurasının fəaliyyəti və vəzifələri haqqında məruzə ilə çıxış etdi. Bildirildi ki, MDB İnformasiya Şurasının yaradılması haqqında saziş 1995-ci il noyabrın 3-də Moskvada imzalanıb. Şura MDB İnformasiya Şurası Birliyin iştirakçısı olan dövlətlərin informasiya sahəsində qarşılıqlı fəaliyyətinin və əməkdaşlığının təmin edilməsi məqsədi ilə yaradılıb.
MDB İnformasiya Şurasının əsas vəzifələri dövlət informasiya agentliklərinə informasiyanın maneəsiz yayılması üçün ən əlverişli şərait yaradılmasına dair tövsiyələr işləyib hazırlamaq, informasiya fəaliyyəti məsələlərinə dair məsləhətlər verilməsi, peşəkar fəaliyyət üzrə təcrübə mübadiləsinin təşkili, informasiya sahəsində əməkdaşlıq məsələlərinə dair qəbul edilmiş qərarların yerinə yetirilməsi haqqında tövsiyələr hazırlamaqdır. Eləcə də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərdə informasiya-telekommunikasiya və rabitənin inkişafına kömək etməkdir. Onu da qeyd edək ki, MDB İnformasiya Şurasının üzvləri MDB ölkələrinin dövlət informasiya agentliklərinin rəhbərləridir. V. İqnatenko onu da bildirdi ki, bu iclas azad informasiya məkanına malik ölkədə keçirilir: “Bizim informasiya işimizdə Azərbaycan ön sıralara çıxır. Xüsusilə qeyd etmək istəyirəm ki, məhz burada kütləvi informasiya vasitələrində senzuranın tətbiq olunmadığı, hər bir vətəndaşın müxtəlif informasiya mənbələrinə sərbəst çıxışının olduğu bir ölkənin necə inkişaf etdiyini görə bilərik. Azərbaycan müxtəlif informasiya mənbələrinə informasiya əlverişliliyi nümunəsi verir”. Onun sözlərinə görə, informasiya agentliyi müxtəlif ölkələr arasında informasiya körpüsünün qurulmasına kömək edir. O, həmçinin qeyd etdi ki, MDB ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclası zamanı ətraf mühitin mühafizəsi məsələləri də müzakirə olunacaq.
Şuranın Bakıda keçirilən XVI iclasında “İTAR-TASS” agentliyinin baş direktoru Sergey Mixaylov Şuranın yeni sədri seçildi. S.Mixaylov çıxışında ona göstərilən etimada görə təşəkkürünü bildirərək qeyd etdi ki, MDB İnformasiya Şurası bundan sonra da səmərəli işləyəcək və MDB-nin üzvü olan dövlətlərin informasiya agentliklərinin əməkdaşlığını inkişaf etdirəcək. Yeni sədr vurğuladı ki, İnformasiya Şurasının Bakı iclasının işi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən başlayıb: “Biz gördük ki, Azərbaycan dövlətinin başçısı ölkədə informasiya texnologiyalarının inkişafına çox böyük diqqət yetirir. Zənnimcə bu, Azərbaycanda informasiya məkanının inkişafı üçün böyük dəstəkdir”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info