Azərbaycanı Stokholmda “Miracle” adlı mahnı ilə Səmra Rəhimli təmsil edəcək
Tarix: 10.03.2016 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


İctimai Televiziya və Radio Yayımları Şirkəti ölkəni 2016-cı ildə Eurovision Mahnı Müsabiqəsində Səmra Rəhimlinin təmsil edəcəyini açıqlayıb. 21 Yaşlı ifaçı 10 May 2016 tarixində baş tutacaq ilk yarımfinalda Eurovision səhnəsinə çıxaraq “Miracle” mahnısını ifa edəcək. Hələ 2012-ci ildə Eurovision Mahnı Müsabiqəsinin Milli Seçim Turunda iştirak etmiş, lakin o dövrdə Milli Müsabiqənin həmin ilki ən gənc iştirakçıcı kimi ictimaiyyətin diqqət mərkəzinə çevrilmiş 16 yaşlı Səmra ölkəni Eurovision-da təmsil etmək hüququnu əldə edə bilməmişdi. Bundan sonra o müxtəlif ölkələrdə keçirilən “Səs” müsabiqələrində iştirak etmiş və daha da püxtələşmişdir. Belə ki, 2015-ci ildə Səmra “O Səs Türkiyə” verilişində dörddə bir finala qədər irəliləmiş, 2016-cı ilin Mart ayında isə “Səs Azərbaycan” müsabiqəsinin ilk mövsümünün finalçısına çevrilib. İfaçı və mahnı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən keçirilmiş daxili və gizli səsvermə, o cümlədən 100 televiziya və musiqi eksperti və Avropanın 35 ölkəsindən olan Eurovision azarkeşlərinin rəyi əsasında seçilib. Səmranın Eurovisionda ifa edəcəyi "Miracle" mahnısının rəsmi olaraq təqdimatı bu həftə sonu olacaq.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info