Vergi Apelyasiya Şurası şirkətin şikayətini təmin edib
Tarix: 10.03.2016 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Vergi Apelyasiya Şurası vergi ödəyicisi kimiVergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində qeydiyyatda olan hüquqi şəxs “Z-engineering” MMC-nin “Səyyar vergi yoxlaması” Aktının, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarların ləğv edilməsi barədə təkrar şikayətinə baxıb.
Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, cəmiyyətdə 2012-ci ilin iyun ayından 2014-cü ilin dekabrı üzrə olan dövrü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması keçirilib: “Həmin yoxlama ilə cəmiyyətə ödəmə mənbəyində tutulan vergi üzrə əlavə vergi hesablanıb və maliyyə sanksiyası tətbiq edilib”.
Səyyar vergi yoxlaması zamanı əmək haqqı məbləğinin və işçilərin sayının faktiki yerinə yetirilən işlərin həcminə uyğunluğunu araşdırmaq məqsədilə yoxlamaya Azərbaycan Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilib. Azərbaycan Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, 2012-ci və 2014-cü illər üzrə 1 nəfər işçi üçün illik iş vaxtı norması və təmir işləri sahəsində bir muzdlu işçiyə düşən orta aylıq əmək haqqı məbləğinə uyğun olaraq, əmək haqqı hesablanıb və Vergi Məcəlləsinin 67-ci, 45-ci, 83.2-ci, 101-ci və 150.1.7-ci maddələrinə əsasən əlavə olaraq ödəmə mənbəyində tutulan vergi hesablanıb.
Apelyasiya Şurasının iclasında aparılan müzakirələr, vergi ödəyicisinin zərərlə işləməsi, təkrar şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər, eləcə də mütəxəssis rəyi ilə bağlı toplanmış materiallar və sübutlar əsas götürülməklə, Vergi Apelyasiya Şurasının qərarı ilə “Z-engineering” MMC-nin təkrar şikayəti təmin olunaraq, Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və “İnzibati şikayətin təmin edilməməsi haqqında”  qərarları ləğv edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Əhalinin banklardakı pulları artır
22.01.2019
FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının açılış mərasimi keçirilib
22.01.2019
Kənd təsərrüfatı məhsulunun ümumi həcmi 4,6 faiz artıb
22.01.2019
DGKA Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisi ilə əməkdaşlıq edəcək
22.01.2019
“Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info