Frankofoniya bayramı qeyd olunub
Tarix: 10.03.2016 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Frankofoniya bayramı qeyd olunub. Tədbir Azərbaycanın və Fransanın dövlət himnlərinin ifası ilə başlayıb. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək xarici dillərin mükəmməl tədrisinin dünyaya inteqrasiya, ölkələrarası siyasi, elmi, mədəni əlaqələrin inkişafındakı rolundan, fransız dilinin əsas beynəlxalq dillərdən biri olmasından danışıb. XIX əsrin əvvəllərindən təməli qoyulan Azərbaycan-Fransa əlaqələrinin bugünkü inkişafından bəhs edən rektor vurğulayıb ki, bu istiqamətdə universitetdə görülən işlər elm, təhsil sahəsində ölkələrarası əməkdaşlığı möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Fransız dili müəllimliyi ixtisasının IV kurs tələbəsi Rüxsarə Qurbanova Frankofoniyanın tarixi haqqında məlumat verərək bildirib ki, cox qədim tarixə malik, fransız dilində danışanların bayramı olan Frankofoniya hər il dünyanın 53 ölkəsində keçirilir. Fransız dilinin, mədəniyyətinin təbliği məqsədi daşıyan bu bayramı 2015-ci ildə 284 milyon əhali qeyd edib. 2050-ci ildə dünyanın 5 qitəsində 700 milyon əhali bu bayramı keçirəcək. Naxçıvan Dövlət Universitetində Frankofoniya bayramının qeyd olunması 1998-ci ildən etibarən ənənə halını alıb. Bu işdə universitetin Roman – german dilləri kafedrasının müəllimlərinin danılmaz əməyi var. Bu tədbirlər ənənəvi şəkildə, Fransanın Azərbaycandakı fövqalədə və səlahiyyəti səfirinin, səfirliyin nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Tədbirdə Fransız dili müəllimliyi ixtisasında təhsil alan tələbələrdən Nuray Cəlilova, Həlimə Nəcəfova, Afaq Rəhimli, Xanım Qurbanova, Sona İbrahimli və digərlərinin ifasında fransız dilində şeir və mahnılar səsləndirilib. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara”) komediyasından fransız dilində təqdim olunan səhnələr alqışlarla qarşılanıb. Tələbələrdən Elçin Bəhramlı, Orxan Qurbanov, Sərxan Rüstəmov, Səfər Hüseynov, Ruqiyyə Nəzərova, İlkanə İsmayıllı, Kənarə Əliyeva və Qardaş Tağızadənin fransız dilindəki səlist diksiyaları, aktyorluq məharətləri rəğbətlə qarşılanıb.

Mehriban Sultan
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri






 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info