Daha bir korrupsiya faktının üstü açılıb
Tarix: 25.02.2013 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Baş Prokurorluq daha bir korrupsiya faktı ilə bağlı məlumat yayıb. Qurumun Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, “Azərbaycan Sənaye Bankı” ASC-nin Gəncə filialında fəaliyyət göstərən qiymətləndirici-zərgərin qanun pozuntularına yol verməsi barədə müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Müəyyən edilib ki, cəmiyyətlə bağladığı “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən, banka girov qoyulan zərgərlik məmulatlarının və qiymətli metalların qiymətləndirilməsini həyata keçirməyə, metalın əyarını, çəkisini, xassəsini doğru və dəqiq təyin etməyə cavabdeh şəxs olan Əliyev İlqar Məzahir oğlu cəmiyyətin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olub kredit götürmək üçün bankın Gəncə filialına müraciət etmiş 54 müştəri tərəfindən girov qoyulmasından ötrü təqdim edilmiş dəmir parçalarının qızıl-zinət əşyası və ya yüksək dəyərə malik olması barədə saxta rəylər verərək 216.0 min manat məbləğində kreditin götürülməsinə nail olmaqla dələduzluq edib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq ) maddəsi ilə cinayət işi başlanıb. İ.Əliyev cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info