Kəşfiyyat 22 min “İŞİD”-çininin şəxsi məlumatlarını ələ keçirib
Tarix: 10.03.2016 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Britaniya kəşfiyyatı “İŞİD” terror qruplaşmasının sıralarında döyüşən 20 mindən çox xarici ölkə vətəndaşının şəxsiyyəti barədə informasiyanın olduğu məxfi sənədlərin təhlili ilə məşğuldur.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, “İŞİD” qruplaşmasına məxsus məxfi sənədlər Britaniyanın xüsusi xidmət orqanlarının əlinə keçib. Məlumatları fərarilik edən qruplaşma üzvlərindən biri İŞİD-in daxili polis hissəsindən oğurlayaraq Mİ-6 xarici kəşfiyyat və Mİ-5 əks-kəşfiyyat xidmətinə ötürüb. Beləliklə də Britaniyanın xüsusi xidmət orqanları Suriya və İraq ərazisində döyüşən 22 min xarici yaraqlı barədə məlumatları əldə edib.
“The Times” nəşrin yazdığına əsasən, kəşfiyyat xidmətlərinin ekspertləri artıq informasiyanın tədqiqinə başlayıb. Əldə olunan materiallarda yaraqlıların hər birinin adı, milliyyəti, vətəndaşı olduğu ölkə, qohumlarının yaşadığı ünvanlar və mobil telefon nömrələri, hətta qan qrupları barədə məlumatlar yer alır.
Sənədlər göstərir ki, qruplaşma üzvlərinin 70 faizindən çoxu ərəb ölkələrindəndir. “İŞİD”ə qoşulan avropalıların sırasında isə Fransa, Almaniya və Böyük Britaniya vətəndaşları üstünlük təşkil edirlər.
Britaniya xüsusi xidmət orqanları məxfi məlumatların ələ keçirilməsini “İŞİD” qruplaşmasının planlarına vurulan ciddi zərbə kimi dəyərləndirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info