“Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycan bütün bölgəyə xeyir verəcək”
Tarix: 10.03.2016 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


“Bu gün inkişaf etmiş dünyaya inteqrasiya etmiş bir Azərbaycan var. Təkcə bir problem var, o da Dağlıq Qarabağ məsələsidir”.
Bunu IV Qlobal Bakı Forumda iştirak edən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.
O bildirib ki, münaqişə həll olunduqdan sonra Azərbaycan bütövlükdə bölgəyə xeyir verəcək. “Mən bu münaqişənin sülh yolu ilə həll olunacağına inanıram. Azərbaycan da problemin bu yolla həll olunacağını düşünür. Ümid edirəm ki, böyük dövlətlər və BMT münaqişənin həlli üçün lazımi səylər göstərəcək”. 
H. Çətin qeyd edib ki, IV Qlobal Bakı Forumu Azərbaycanın təkcə öz problemləri ilə deyil, dünyanın problemləri ilə maraqlandığını və bu problemlərin müzakirəsində maraqlı olduğunu, dialoqa açıq olduğunu göstərir. 
Sabiq XİN rəhbəri dünyada energetika amilinin vacibliyindən də danışıb. O qeyd edib ki, bu baxımdan Cənubi Qafqaz regionu önəmli yer tutur: “Bu gün Xəzər bölgəsinin lideri Azərbaycandır. Böyük bir layihə reallaşacaq. Söhbət Azərbaycandan başlayaraq Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və bütün Avropanı əhatə edəcək qaz xəttindən gedir. Əslində bu, həm enerji təhlükəsizliyinə töhfə verəcək, həm də enerji mənbələrini diversifikasiya edəcək. Avropa, Türkiyə və digər ölkələr Azərbaycanın sahəsində bir mənbəyə bağlılıqdan qurtaracaq”. 

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info