Güləşçimizdən bürünc medal
Tarix: 11.03.2016 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasının saytının yaydığı xəbərə görə, çempionatın ikinci günündə daha 4 güləşçimiz xalça üzərinə çıxıb.
Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub. 60 kq çəkidə qadınların yarışında mübarizə aparan Yuliya Ratkeviç ilk görüşündə Bolqarıstandan Canan Manolovanı üstələyib. Yarımfinalda Ukrayna təmsilçisi Oksana Herhellə gərgin keçən görüş bərabərə bitsə də, xalların keyfiyyətinə görə rəqib üstün olub. Yuliya Ratkeviç Norveçdən Şarlotta Skauenlə bürünc medal uğrunda görüşə çıxıb. Rəqibinə heç bir şans verməyən təmsilçimiz təmiz qələbə qazanaraq çempionatı bürünc medalla tamamlayıb. Sərbəst güləşçilərin yarışında isə 65 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev yarışıb. Mübarizəyə 1/16 final mərhələsindən başlayan güləşçimiz ardıcıl olaraq Slovakiyadan Mikola Bolotnyuku, Estoniyadan Almar Andruseni tam üstünlüklə məğlub edib. 1/4 finalda Fransa təmsilçisi Yuriy Syemakindən də üstün olan Ağahüseyn yarımfinalda İtaliya təmsilçisi, son dünya çempionu Frank Çamizo ilə qarşılaşıb. Bu görüş isə rəqibin üstünlüyü ilə tamamlanıb. Ağahüseyn Mustafayev Ukrayna təmsilçisi Semen Radulovla bürünc medal uğrunda görüşü uduzaraq çempionatı 5-ci sırada başa vurub.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info