Səhiyyə Nazirliyi yeni elektron xidmətlərə başlayıb
Tarix: 25.02.2013 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Səhiyyə Nazirliyi yeni elektron xidmətlərin tətbiqinə başlayıb. Yeni xidmətlər vətəndaşlara dərman vasitələri və tibb müəssisələri haqqında, eləcə də elektron sağlamlıq kartı üzrə məlumatların verilməsi, müxtəlif qruplara aid vətəndaşlara müayinələrdən keçmələri barədə məlumatın verilməsini nəzərdə tutur.
«Dərman vasitələri haqqında məlumatın verilməsi» xidməti vasitəsilə vətəndaşlar Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçirilmiş dərman vasitələrinin ticarət adı (əmtəə nişanı), beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, istehsalçısı, dövlət qeydiyyatının tarixi, nömrəsi və qüvvədə olma müddəti haqqında məlumat ala biləcəklər. «Obliqat qruplara aid vətəndaşlara müayinələrdən keçmələri barədə məlumatın verilməsi» xidməti vasitəsilə müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlar (obliqat qruplar) keçdiyi müayinələr və müayinələrin nəticələri haqqında məlumatları tibbi müayinə kartı sistemindən əldə edə biləcəklər. «Tibb müəssisələri barədə məlumatların verilməsi» xidmətinin köməyi ilə istifadəçilər ölkə ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin adı, profili, göstərilən xidmətlərin siyahısı, rəhbəri, iş rejimi, ünvanı, telefon nömrələri və digər əlaqə vasitələri haqqında məlumatlar alacaqlar. «Vətəndaşlara elektron sağlamlıq kartı üzrə məlumatların verilməsi» xidməti elektron sağlamlıq kartı sistemində olan məlumatların (xəstəlik tarixi, cari istifadə edilən dərman preparatları, peyvəndlər, tibbi sığorta və s.) istifadəçilərin özləri tərəfindən əldə olunmasından ibarətdir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info