ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi: “Ukrayna ölüm göstəricisinə görə dünyada ikincidir”
Tarix: 11.03.2016 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) daha bir hesabat təqdim edib.
Budəfəki hesabatda ölkələrin "ölüm siyahısı" öz əksini tapıb. Ukrayna mətbuatının məlumatına görə, Ukrayna coğrafi baxımdan bir Avropa ölkəsidir və burada erkən ölüm müşahidə edilir. Ölkələrin "ölüm nisbəti"nə baxdıqda, bu ölkə 1000 nəfərə düşən ölüm göstəricisinə görə, 14,46 faizlə dünyada ikinci yeri tutur. Ümumilikdə siyahıda 225 ölkə öz əksini tapıb. Burada 1000 nəfərə düşən ölüm sayı bir il ərzində ölənlərin orta illik sayı ilə müqayisə edilir. Bu reytinq göstəriciləri, həmçinin "təbii ölüm nisbəti" kimi təqdim olunur.

Ən pis göstəriciyə görə, Ukrayna yalnız Cənubi Afrika Respublikasından geri qalır ki, bura 1000 nəfərə düşən 14,89 ölümlə ilk yerdədir.
Azərbaycana gəldikdə isə ölkəmiz 225 ölkə arasında 132-ci yerdədir. Azərbaycan il ərzində 1000 nəfərə düşən 7,07 ölüm ilə HongKong (131 yerlik) və Bahama (133 yer) arasında yerləşir. Əgər siyahıdakı “ölü onluğa” qayıtsaq, siyahıda Bolqarıstan (ildə 1000 nəfərə 14,44 ölüm), Qvineya-Bissau (14,33), Latviya (14,31), Çad ( 14,28), Litva (14,27), Namibiya (13,91), Əfqanıstan (13,89) və Mərkəzi Afrika Respublikası (13,80) yer alır. Siyahıda dörd Avropa, beş Afrika və bir Asiya dövləti yer alıb. Rusiya bu kədərli "onluğa” düşməsə də, burada 1000 nəfərə 13,69 ölüm düşür. Siyahıda Belarus - 16-cı (13,36), Moldova - 22-ci(12,59), Estoniya - 24-cü (12,40), Gürcüstan - 34-cü (10,82), Ermənistan - 61-ci (9,34), Qazaxıstan - 86-cı (8,21), Qırğızıstan -142-ci (6,65), Tacikistan - 156-cı (6,18), Türkmənistan - 158-ci (6,13), Özbəkistan - 180-ci(5,30) yerdə qərarlaşıb. Türkiyə isə 1000 nəfərə 5,88 ölüm ilə 170-ci yeri tutur. Ancaq Qətər ölüm sayının azlığına görə, siyahıya liderlik edir. Belə ki, orada bu il 1000 nəfərə yalnız 1,53 ölüm qeydə alınıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info