Erməni əsgər anaları üsyan edir
Tarix: 11.03.2016 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


“Bizim oğullarımızın ölüm səbəbi yalnız Sərkisyan hakimiyyətinin devrilməsindən sonra məlum olacaq”
“C inayətlərin açılmaması üçün xüsusi yalanlar uydurulur. Hər vəchlə bu cinayətlərin bağlı qalmasına çalışırlar. Belə demək olarsa, bu cinayətlərin arxasında Serj Sərkisyana müəyyən xidmətləri olan şəxslər dayanır”. Bu fikirlər “Birinci informasiya” agentliyinin saytında yayılan məqalədə yer alıb.
Sayt bildirir ki, Ermənistan ordusunda dinc şəraitdə həyatını itirən əsgərlərinin ölüm faktlarının araşdırılması ilə bağlı istintaq 2015-ci ilin sonunda dayandırılıb. Onların sonrakı taleyinin necə olacağı da sual altında olaraq qalır. Ən önəmlisi isə budur ki, müxtəlif səbəblərdən həyatlarını itirən əsgərlərin valideynləri baş verənlər barədə düzgün məlumatlandırılmır. Bu da maraqlıdır ki, övladlarını itirən əksər valideynlər övladlarının ölümü barədə istintaqın dayandırılması barədə məlumatı ölkə parlamentinin Dövlət hüquq işləri komitəsinin sədri Ovannes Saakyanla görüşdə alıblar. Hüquq müdafiəçisi Avetik İşxanyan əsgər ölümləri ilə bağlı cinayət işlərinin dayandırılmasını gizli tendensiyalarla əlaqələndirib: “Bizim hüquq-mühafizə orqanları əməkdaşlarını qeyri-peşəkarlıqda, ən azı bir cinayət işinin açılmasında uğursuz, qapalı sistemdə tədqiqat aparmaqda ittiham etmək niyyətində deyiləm.

Ermənistan ordusunda dinc şəraitdə həyatını itirən əsgərlərin ölüm faktlarının araşdırılması ilə bağlı istintaq 2015-ci ilin sonunda dayandırılıb

Görünür, bütün bu cinayətlərin açılmamasında maraqlı olan şəxslərin, o cümlədən Serj Sərkisyan və digər dövlət rəsmilərinin gizli maraqları dayanır”. Əsgər ölümləri ilə bağlı keçirilən mətbuat konfransında həyatını itirmiş əsgər Valeriy Muradyanın anası Nana Muradyanın sözlərinə görə, “Aykazov” hərbi hissəsində xidmət keçən oğlu təsadüfən yanacaq oğurluğunun şahidi olub. Bu barədə o anası ilə telefon danışığı zamanı məlumat verib və dörd gündən sonra onun asılmış vəziyyətdə meyiti aşkar edilib: “Oğlumun bədəninin müəyyən yerlərində göyərmələr aşkar edilib. Bütün bunlar onun öldürülərək asıldığını deməyə əsas verir. Biz bu işin istintaqını tələb edirik. Lakin bizim bütün sorğumuz cavabsız qalır”. Həyatını itirmiş əsgər Artur Kazaryanın anası oğlunun ölümü barədə danışarkən deyib ki, oğlunu “Muraçan” hərbi hospitalına apararkən o artıq ölmüş vəziyyətdə olub. Kazaryanın ailəsinə isə onun başında şiş olduğu və təcili əməliyyata ehtiyacı olması barədə məlumat veriblər. Əsgər anasının sözlərinə görə, halbuki həmin zaman onun oğlu ölmüş vəziyyətdə olub. Əsgər anaları əmindirlər ki, övladlarının ölüm səbəbləri Sərkisyan hakimiyyətinin devrilməsindən sonra məlum olacaq. Qeyd edək ki, Ermənistanda qəbul edilmiş qərara görə, ailənin tək övladları doğulduğu əraziyə yaxın bölgədə hərbi xidmət keçməlidir. Lakin hərbi çağırış zamanı çətinliklərlə üzləşən erməni hakimiyyəti kasıb, imkansız ailələrin tək övladlarını işğal olunmuş Azərbaycan torpaqlarında hərbi xidmətə göndərərək, onları “Dağlıq Qarabağ ordusu” kimi dünyaya təqdim etməyə çalışırlar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info