Berni Sanders: “Amerikalılar heç vaxt Trampı prezident seçməzlər”
Tarix: 11.03.2016 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Vermont ştatından olan senator Berni Sanders hesab edir ki, amerikalılar heç vaxt milyarder Donald Trampı ölkə prezidenti seçməyəcək.
TASS informasiya agentliyi xəbər verir ki, Sanders bu barədə mövqeyini Florida ştatının Mayami şəhərində keçirilən seçkiqabağı debatda bildirib. “Hesab edirəm ki, amerikalılar müsəlmanları, meksikalıları, qadınları, Afrika əsilli amerikalıları təhqir edən şəxsi heç vaxt prezident seçməzlər”, - deyə siyasətçi qeyd edib. Sandersin fikrincə, respublikaçılar arasında seçkiqabağı yarışın favoriti olan Tramp “ABŞ-ın hazırkı prezidenti Barak Obamanın ölkə xaricində doğulduğu və bu səbəbdən də dövlət başçısı postu tutmağa haqqının olmadığı fərziyyəsini müdafiə edərək onun legitimliyini şübhə altına alır”. Keçmiş dövlət katibi Hillari Klinton da öz növbəsində Trampın çıxışlarında “Amerika dəyərlərinə sadiq olmadığını” göstərdiyini deyib. “Mən də onu tənqid etmək üçün hər bir imkandan istifadə edəcəyəm”, - deyən xanım Klinton biznesmeni irqçi adlandırmaqdan çəkinib. Senator Berni Sanders, həmçinin ABŞ-ın dövlətlərdə rejimləri dəyişmək əvəzinə, bütün ölkələrlə əməkdaşlıq etməsinin vacib olduğunu vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info