Eka Tkeşelaşvili: “Azərbaycanla tərəfdaşlıq çox vacibdir”
Tarix: 11.03.2016 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


Bu gün IV Qlobal Bakı Forumu çərçivəsində “İran və Əfqanıstan. Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyi və inkişafının əsasları. Növbəti region hansıdır?” mövzusunda panel keçirilib. 
Panelin moderatoru, İtaliyanın sabiq baş naziri Franko Frattini deyib ki, İran Əfqanıstan, İraq və Suriya üzərində geniş təsirlərə malikdir. O bildirib ki, embarqonun aradan qaldırılması İranın regionda mövqeyini gücləndirir: “Region ölkələrinin münasibətlərinə baxılsa, Səudiyyə Ərəbistanı İrana şübhə ilə yanaşır. Embarqonun götürülməsi şiə və sünni ölkələri arasında gərginliyi artıracaqmı? İranda keçirilən seçkilər prezident Həsən Ruhanini həvəsləndirəcək ki, razılaşmaları həyata keçirsin”.Gürcüstan baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili hazırda “İŞİD”in Əfqanıstana nüfuz etdiyini söyləyib. O regional əməkdaşlığın Əfqanıstanın inkişafı üçün çox vacib olduğunu vurğulayıb: “Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi nəqliyyat layihələri ilə Əfqanıstana müəyyən məhsullar daşına bilər. Özbəkistan da bu məsələyə qoşula bilər. Bu əməkdaşlıqda investisiya-ticarət maraqları önə çıxacaq. Artıq ayrı-ayrı ölkələrin yalnız özlərini deyil, ümumilikdə region ölkələrinin ümumi maraqları çərçivəsində düşünməsi lazımdır. Gürcüstanın Azərbaycanla tərəfdaşlığı çox vacibdir. Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri nəticəsində gələcəkdə Xəzər hövzəsində müsbət dəyişikliklər baş verəcək”. 
  
Livanın keçmiş baş naziri Fuad Sinyora şərq ölkələrində din sahəsində islahatların çox vacib olduğunu bildirib: “Yalnız güc tətbiqi problemləri həll etməyəcək. Biz problemlərin kökündə dayanan məsələlərlə məşğul olmalıyıq. Suriya məsələsinə səhv qapılardan girildi. Güc tətbiq edildi. Rusiya Suriyadakı rejimin daha çox vaxt əldə edə bilməsinə, nəfəs almasına və özünü masa arxasında görməsinə imkan verdi. Bu, İranın daSuriyada üstünlüyünü sual altına qoydu. Suriya məsələsində daha çox konsensusa gəlinsə, məsələ tez həll oluna bilər”.  
 
Pakistanın keçmiş baş naziri Şövkət Əziz İranın təcrid olunmasını düzgün saymadığını söyləyib. O, ölkəsinin digər qonşulara nisbətən İranla daha asan münasibət qura bildiyini deyib. Ş. Əziz qeyd edib ki, Əfqanıstanın inkişafı üçün kifayət qədər potensial var: “İnsanlar orada məcburən narkotik əkinçiliyi ilə məşğul olurlar. Çünki onlar nə iləsə məşğul olmalıdırlar. Onların narkotik plantasiyalarını kənd təsərrüfatı plantasiyalarına çevirməsi üçün fəaliyyət göstərilməlidir. Burada davamlı fəaliyyətə ehtiyac duyulur. Bu ölkənin böyük gələcəyi var”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı
23.01.2019
Regional konfrans işini panel formatında davam etdirib
23.01.2019
Səfər Mehdiyev Şirvanda vətəndaşları qəbul edəcək
23.01.2019
Azərbaycana səfər edən hindistanlı turistlərin sayı artıb
23.01.2019
UNICEF: Azərbaycanda xəstəxanalarda yenidoğulanlara süni uşaq qidaları verilməməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Dərslər təxirə salındı
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info