Prezidentin köməkçisi Amerika Ticarət Palatasının üzvləri ilə görüşür
Tarix: 11.03.2016 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda "Azərbaycanda aparılan iqtisadi islahatlara Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") dəstəyi" mövzusunda konfrans keçirilir.
Konfransda bank və maliyyə, əmək və miqrasiya, vergi və gömrük, turizm, ədliyyə sistemi məsələləri müzakirə ediləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib ki, son 12 ildə aparılan iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib: "Bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, regionların inkişafı sürətlənib. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üçün 2004-2013-cü illər ərzində iki 5 illik dövlət proqramı həyata keçirilib. Proqramların həyata keçirildiyi 10 il ərzində ÜDM 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə artıb. Həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə 900 min daimi olmaqla 1,2 milyondan çox iş yeri yaradılıb, 55,6 min yeni müəssisə yaradılıb, işsizlik 5%-ə, yoxsulluq 5,3%-ə qədər azalıb".
"AmCham-Azerbaijan"ın prezidenti İlqar Vəliyev qeyd edib ki, Azərbaycanda çox mühüm iqtisadi islahatlar aparılır: "Bizim Palataya üzv olan 280-ə yaxın şirkət bu islahatları maraqla izləyir. Bu baxımdan bu görüş rəsmi yox, daha çox rəsmi xarakter daşıyır".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info