Azərbaycanla Tacikistan arasında əməkdaşlıq müzakirə edilib
Tarix: 11.03.2016 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Azərbaycan ilə Tacikistan arasında fövqəladə hallar və mülki müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Tacikistan hökuməti yanında fövqəladə hallar və mülki müdafiə komitəsinin sədri Rustam Nazarzodanın Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənov ilə görüşündə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyi bildirilib.
Səfir deyib ki, müstəqillik illərində iki ölkə arasında dostluq əlaqələrinin təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən qoyulub. Bu münasibətlər bu gün Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyev və Emoməli Rəhmon tərəfindən uğurla davam etdirilir.
Diplomat Azərbaycanın iqtisadi inkişafına toxunaraq qeyd edib ki, Cənubi Qafqaz ölkələri arasında ümumi daxili məhsulun 85 faizi ölkəmizin payına düşür. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb və qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdan və zəbt edilmiş yeddi ətraf rayondan işğalçı qüvvələrin qeyd-şərtsiz, dərhal çıxarılmasına dair dörd qətnamə qəbul etməsinə baxmayaraq, torpaqlarımız hələ də Ermənistanın işğalı altındadır.
R.Nazarzoda Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq məsələlərinə toxunub və bildirib ki, Azərbaycanda müvafiq sahədə əldə edilən təcrübə təqdirəlayiqdir. O qeyd edib ki, Tacikistan tərəfi Azərbaycanın bu təcrübəsindən istifadə etmək niyyətindədir.
Bildirilib ki, Tacikistan yüksək seysmik zonada yerləşdiyi üçün axtarış və xilasetmə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və təkmilləşdirilməsi vacibdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
20.09.2018
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info