Xocalı soyqırımının ildönümü günü hansısa yürüş keçirilməsi üçün müraciət etməyin özü yanlışdır
Tarix: 25.02.2013 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


“Bu, kimlərinsə öz maraqlarını güdməsindən xəbər verir”

Fevralın 26-da ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının 21-ci ildönümüdür. Bu faciənin ildönümünün qeyd edilməsi üçün Azərbaycan ictimaiyyəti bir sıra hazırlıqlar görüb.

Burda diqqəti cəlb edən məqamsa, radikal müxalifətin təmsilçisi olan “ictimai palata” bu faciədən də sui-istifadə istifadə etməyə çalışmasıdır. Belə ki, bu qurum Xocalı soyqırımının ildönümü günü yürüş etmək istəyi ilə Bakı Şəhər İcra Hakimiyyətinə icazə üçün müracitə edib. Lazım olan cavabı almadıqda isə, “ictimai palata” rəhbərliyi başlayıb hökuməti tənqid etməyə ki, guya hakimiyyət onlara ümumxalq hüzünündə iştirak etməyə icazə vermir.
Məsələyə daha dərindən baxanda isə vəziyyət bir qədər başqa cür görünür. Birincisi palata təmsilçiləri Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımını yad etmək istəyirsə, o zaman xalqla birlikdə Xocalı abidəsini ziyarət etməyi onlara heç kim qadağan etmir. İkinci tərəfdən isə maraqlıdır ki, bu qüvvələr nə üçün ayrı olaraq yürüş mitinqi keçirmək istəyir? Məgər onlar Azərbaycan vətəndaşları deyilmi ki, özlərini digər vətəndaşlardan ayrı tuturlar.
Əslində əvvəlki prosesləri təhlil edəndə aydın olur ki, “ictimai palata”nın məqsədi heç də Xocalı faciəsinin qurbanlarını anmaq deyil. Əgər belə olsaydı, hər kəs kimi onlar da ictimaiyyətylə birlikdə bu prosesə qoşulardılar. Palatada təmsil olunan partiya rəhbərliklərinin mövqeyi isə tamam başqa cürdür.
Görünür, ayrıca yürüş mitinqi keçirməkdə məqsəd ilk növbədə ictimai diqqəti cəlb etmək istəyidir. Bu seçki ilində onsuz da ictimai diqqətdən kənarda qalan bir qüvvə üçün yaxşı fürsətdir, hansı ki buna kəmfürsətçilik deyirlər.
Digər tərəfdən, “ictimai palata”nın Xocalı yürüşü adı ilə keçirmək istədiyi yürüşün məhz həmin günə təyin etməyinin arxasında öz zəifliklərini gizlətmək məqsədi dayanır. Onların “mitinq taktikasında” bu köhnə versiyalardandır. Belə ki, ümumi izdihama qarışaraq, müəyyən siyasi şüarlar səsləndirmək və onlara aid olmayan izdihamı öz qüvvələri kimi təqdim etmək. Bütün bunlarsa “ictimai palata”nın xalqın matəmindən də siyasi məqsədləri üçün sui-istifadə etmək cəhdlərini göstərir.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Palitra”ya açıqlamasında deyib ki, ümummilli məsələlərin siyasiləşdirilməsi, şəxsi məqsədlər üçün istifadəsi yolverilməzdir. Onun sözlərinə görə, istər hakimiyyətyönlü, istərsə müxalifətyönlü olsun, istənilən təşkilat milli maraqlar mövqeyində dayanmalıdır: “Hər hansı bir hadisənin - misal üçün, 20 Yanvar hadisəsinin, rayonların işğalının və ya Xocalı soyqırımının ildönümündə hər kəs ziyarətə çıxır. Bu ziyarəti heç bir halda siyasiləşdirmək, şəxsi maraqlar üçün sui-istifadə etmək olmaz”. QAT sədri hesab edir ki, ümumiyyətlə, Xocalı soyqırımının ildönümü günü hansısa yürüş keçirilməsi üçün müraciət etməyin özü yanlışdır.
“Xocalı abidəsinə qədər olan yol kifayət qədər böyükdür və kim istəyirsə, orda toplaşıb, soyqırımı qurbanlarının xatirəsini yad edə bilər. Amma hansısa şüarın səsləndirilməsi, plakatların qaldırılması, xüsusilə siyasi məqsədlərə xidmət edirsə, buna nə ehtiyac var, nə də düzgün addım deyil. Belə bir addım Azərbaycanın milli maraqlarına uyğun deyil. Bu, kimlərinsə öz maraqlarını güdməsindən xəbər verir”-deyə QAT sədri diqqətə çatdırıb.
A.Nağı diqqətə çatdırıb ki, belə həssas məqamlarda kəmfürsətçilik etmək olmaz.
A.CƏLALOĞLU




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info