Şeyxülislam Əbdüssəlam Əl-Məcalini qəbul edib
Tarix: 11.03.2016 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Martın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan İordaniya Haşimiyyə Krallığının keçmiş Baş naziri, Beynəlxalq İslam Akademiyasının prezidenti Əbdüssəlam Əl-Məcalini qəbul edib. Görüşdə Azərbaycan və İordaniya Krallığı arasında tarixi mədəni və mənəvi əlaqələr barədə danışılıb, bu münasibətlərin daha da inkişaf etdirilməsi zərurəti vurğulanıb. QMİ sədri qonağın Azərbaycanda keçirilən IV Qlobal Bakı Forumunun iştirakçısı kimi təəssüratlarını dinləyib, iki qardaş dövlətin tolerantlıq, multikulturalizm sahəsində malik olduğu dəyərli ənənənin dünya üçün əhəmiyyətindən danışıb.
 
İordaniyalı qonağın hər zaman Azərbaycanın dostu olduğunu vurğulayan Şeyxülislam A. Paşazadə onunla müxtəlif vaxtlarda mötəbər tədbir və səfərlər zamanı ünsiyyətlərini yada salıb. Azərbaycana ikinci dəfə səfər etdiyini bildirən dr. Əl-Məcali müasir dönəmdə Azərbaycan və İordaniya dostluq və qardaşlığının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. O bildirib ki, Azərbaycan və İordaniya İslam dünyasında tərəqqi edən, oxşar tarix, mədəniyyət və mənəvi dəyərlərə malik iki dövlət kimi dünya üçün təqdirəlayiq nümunədir.
 
Şeyxülislam A. Paşazadənin İordaniya Kral Akademiyasının fəal üzvlərindən biri kimi fəaliyyətini yüksək dəyərləndirən qonaq onu nüfuzlu elm və din xadimi kimi bütün İslam aləmi üçün əhəmiyyətli şəxsiyyət kimi səciyyələndirib. QMİ sədri, öz növbəsində, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, MDB Dinlərarası Şurasının həmsədri kimi qarşıda nəzərdə tutulan tədbir və layihələr barədə qonağa məlumat verib.
Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olundu. Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyov görüşdə iştirak edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info