Vergi orqanlarına müraciətlərin 75,7 faizi müsbət həll olunub
Tarix: 11.03.2016 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


2016-cı ilin fevral ayı ərzində vergi orqanlarına 10 min 176 müraciət daxil olub.
Vergilər Nazirliyindən bildirilib ki, müraciətlərin 97,6 faizi ərizə, 2,1faizi şikayət, 0,3 faizi isə təklifdir.
Məlumatda həmçinin qeyd olunub ki, müraciətlərin 55 faizi müxtəlif arayışların alınması, 15,1 faizi kameral vergi yoxlamaları, 7,3 faizi vergi borcları, 2,2 faizi səyyar vergi yoxlamaları, 1,8 faizi vergidən yayınma və dividendlərin verilməsi, 0,9 faizi operativ vergi nəzarəti (o cümlədən, nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,4 faizi qanunsuz sahibkarlıq fəaliyyəti, 0,3 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2 faizi korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub.
Bütün müraciətlərə vaxtında baxılıb, onların 75,7 faizi öz müsbət həllini tapıb.
Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin fevral ayı ilə müqayisədə 46,3 faiz, cari ilin yanvar ayı ilə müqayisədə isə 35,7 faiz azalıb. Nazirliyin aparatına daxil olmuş şikayətlərin sayı da ötən ilin fevral ayı ilə müqayisədə 50,3 faiz, cari ilin yanvar ayı ilə müqayisədə isə 40,3 faiz az olub.
Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 394 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info