“Prezident ardıcıl və qətiyyətli şəkildə iqtisadi islahatları davam etdirəcək”
Tarix: 11.03.2016 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov biznes strukturları, iş adamları və mətbuat nümayəndələrinə müraciət edib.N. Əmirov bu sahənin nümayəndələrini manatın məzənnəsi ilə bağlı spekulyativ xarakterli məlumatlara yol verməməyə çağırıb: "Spekulyativ söz-söhbəti yığışdırmaq lazımdır. Manatın məzənnəsi ilə bağlı heç bir iqtisadi proqnoza və yaxud təhlilə söykənməyən ardıcıl fikirlər səsləndiriləndə ölkə ictimaiyyəti, xüsusilə də vətəndaşlar çox ciddi şəkildə narahat olur. "Gələn ay manat devalvasiya olacaq" kimi dedi-qodu xarakterli informasiyalar bank sektorunu çox ağır bir duruma salır. Bunu yazanlar, danışanlar nəyə görə belə edir, mən deyə bilmirəm. Unutmayın ki, banklardakı pullar, vəsaitlər bu ölkənin insanlarının vəsaitləridir, bu insanlar da bizim vətəndaşlarımızdır. Banklara dəyən zərbə on, yüz minlərlə vətəndaşa dəyən zərbədir. Bankların sağlamlığı bizim növbəti iqtisadi addımlarımızın sağlamlığı deməkdir. Ona görə də mən hamıdan, xüsusilə mətbuat orqanlarından xahiş edirəm ki, banklarımıza, maliyyə sektorumuza dəstək verək, dedi-qodu, panika yaratmayaq. Prezident İlham Əliyev ardıcıl və qətiyyətli şəkildə iqtisadi islahatları davam etdirəcək".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info