“Qərb Aralıq dənizi qan gölünə çevriləndən sonra ayıldı”
Tarix: 11.03.2016 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


“Bu gün şahidi olduğumuz ekstremizm keçmişdə başlayıb”.
Bunu Liviyanın Avropa İttifaqındakı səfiri Farida Allaghi “İnsan hüquqları və gender məsələləri ilə bağlı artan məlumatlılığın qlobal təbliği” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
 Onun sözlərinə görə, Qərbin regionda müxtəlif maraqları var: “Keçmişi unutmaq olmaz, lakin keçmişdə yaşaya da bilmərik. Əfqanıstanda terrorçuları vaxtilə kim silahlandırırdı, bizim diktatorlara kim silah verirdi? Bunların hamısı faktlardır. Biz əvvəlcə özümüzü günahlandırırdıq. Amma çəkdiyimiz əziyyətin bir hissəsi də sizsiniz. Liviyada vətəndaş müharibəsi gedir və onun gələcəyi barədə proqnoz vermək çətindir”.
 
Səfir qeyd edib ki, hakimiyyət hərisliyi nəticəsində yaranan xaosdan bütün Liviya əhalisi əziyyət çəkir: “Bura regional müdaxilə, Avropa İttifaqı, BMT-nin uğursuzluqları da daxildir. Onlar bizə kömək etmirlər, heç kömək etmək iqtidarında da deyillər. NATO Qəddafini bombaladı, 24 saat sonra isə getdi. Avropa İttifaqı Liviyada radikalizmin mövcudluğunu qəbul etmirdi. Onlar yalnız Aralıq dənizi qan gölünə çevriləndən sonra ayıldılar”.
Diplomat qeyd edib ki, BMT kimi təşkilatlar bir çox məsələləri həll edilməmiş saxlayırlar. 
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info