“Dünyada iqtisadi sistem yenilənməlidir”
Tarix: 11.03.2016 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


“Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu çərçivəsində Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Aleksandr Likhotalın moderatorluğu ilə “Qeyri-bərabər bölünmüş dünyadan müştərək cəmiyyətə doğru yerdəyişmə: Necə?” adlı panel müzakirələri keçirilib.
Müzakirələrdə iştirak edən BMT baş katibinin keçmiş müavini Noelen Hayzer bildirib ki, dünya hazırda həmişəkindən daha zəngindir: “Hazırda daha çox elm, daha çox texnika var. Biz təhlükəsizlik barədə danışırıq. Lakin ilk növbədə iqtisadi bərabərsizliyə də baxmalıyıq. Dünyada iqtisadi sistem yenilənməlidir. Bizim bölüşmək üçün yeganə planetimiz var. Biz düşünməliyik ki, yoxsulluq və iqtisadi bərabərsizliyi aradan qaldırmaq üçün iqtisadi sistemlərimizi necə qurmalıyıq. Milyonlarla insan işsizdir və kriminal aləm tərəfindən cəlb olunmağa hazır vəziyyətdədir. Hökumətlər bu sahədə müəyyən işlər görməlidir”.
Xorvatiyanın keçmiş prezidenti İvo Yosipoviç deyib ki, dövlətlərdə olan qeyri-bərabərlik münaqişələrin əsasını təşkil edir və bu, bütün regionlara təsir edir: “Ölkələr və cəmiyyətlər arasında ədalətsiz yanaşmalar siyasi problemlərə, siyasi münaqişələrə, hətta inqilablara gətirib çıxarır. Bərabərsizliyin dini, siyasi iqtisadi təsirləri olur. Nə etməliyik? Bütün ölkələr, əsasən də güclü ölkələr daxildə sosial ədalətə diqqət etməlidir”.
 
Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku texnikanın insanlara təsirindən danışaraq deyib ki, əgər texnoloji inkişaf sürətlə gedirsə, humanitar inkişaf zəif olur: “20-ci əsrin ikinci hissəsində azadlıq ən böyük oyun idi. Amma azadlıq bərabərsizlik gətirdi. Dünya hazırda ciddi paradokslarla yaşayır. Biz universal konsensus təşkil etməliyik. Bu problemlərin qarşısını almaq üçün necə real tədbirlər görə bilərik, bu barədə danışmalıyıq. Dözümsüzlüklərlə qarşılaşmamaq üçün eyni mövqeyə gəlmək bütün xalqların marağındadır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info