2015-ci ildə Suriyada 50 min nəfər həlak olub
Tarix: 11.03.2016 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Keçən il Suriyada humanitar vəziyyət kəskin şəkildə pisləşib. 2015-ci il Suriya münaqişəsi tarixində ən uğursuz il olub. “Oxfam”, “Care” və “Save the Children” təşkilatları da daxil olmaqla 30 humanitar qurumdan ibarət beynəlxalq birlik bu barədə martın 11-də məlumat verib.
Suriya müharibəsinin beşinci ildönümünə həsr edilmiş məruzədə qeyd edilir ki, son 12 ayda yardıma ehtiyacı olanların, qaçqınların və mühasirəyə alınmış şəhərlərin sakinlərinin sayı xeyli artıb.
Humanitar təşkilatlar Suriyada vəziyyətə təsir göstərən Rusiya, ABŞ, Fransa və Böyük Britaniya kimi əsas qüvvələri bu ölkənin ərazisində aparılan hərbi əməliyyatlar vasitəsilə humanitar fəlakəti daha da kəskinləşdirməkdə, habelə Suriya münaqişəsinin tərəflərinə effektiv siyasi təzyiq göstərməməkdə təqsirləndirirlər.
2015-ci ildə Suriya ərazisində azı 50.000 nəfər həlak olub. Bir neçə milyon suriyalı ölkədən qaçmağa məcbur olub, 1,5 milyon Suriya vətəndaşı yalnız humanitar yardım ümidinə qalıb. Keçən il ölkədə 200.000 bina dağıdılıb. Bu, 2014-cü ildəkindən 20 faiz çoxdur. 112 xəstəxanaya və başqa tibb məntəqələrinə hücum edilib, bu da 2014-cü ilin müvafiq göstəricisindən 44 faiz çoxdur. 2015-ci ildə daha 400.000 suriyalı uşaq məktəbə getmək imkanından məhrum olub. Beləliklə, ibtidai və orta təhsil almaq imkanını itirmiş suriyalı uşaqların sayı iki milyona çatıb.
Pərvanə Qarayeva




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
İdlibdə yaşayış məntəqələrinə hücum olub
19.06.2019
İran ilә Rusiya arasında müqavilәlər imzalanıb
19.06.2019
Mövlud Çavuşoğlu İrana işgüzar sәfәr edәcәk
19.06.2019
3 həftəyə 128 uşaq öldü
19.06.2019
Misirdə “həyəcan vəziyyəti“ elan edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info