Çinin Sinxua agentliyi Bakı forumundan yazır
Tarix: 11.03.2016 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Çinin rəsmi xəbər agentliyi Sinxua Azərbaycan paytaxtında keçirilən “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu haqqında bir neçə dildə informasiya yayıb.
Gündəlik yüz milyonlarla izləyicisi olan Sinxuanın Bakı Forumu haqqında materiallarında deyilir ki, bir neçə dövlət başçısının, 27 sabiq prezidentin və 23 sabiq baş nazirin, çoxlu sayda dövlət rəsmilərinin, ictimai-siyasi xadimlərin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri tədbirdə beynəlxalq təhlükəsizlik, regional təhdidlər, qlobal iqtisadi böhranın doğurduğu çətinliklər, enerji siyasəti, multikulturalizm, dinlərarası dialoq, iqlim dəyişiklikləri kimi məsələlər müzakirə olunur.
Forumun açılış mərasimində Prezident İlham Əliyevin əhatəli çıxışına toxunan Sinxua dövlətimizin başçısının 2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatının dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olması fikrini qeyd edib.
Məqalədə dövlətimizin başçısının müasir dövrdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına dair fikirləri də əksini tapıb. Agentlik Prezident İlham Əliyevin adambaşına düşən birbaşa xarici sərmayəyə görə Azərbaycanın ən qabaqcıl mövqelərdə olması, hazırda isə hökumətin qeyri-neft sektoruna sərmayəçiləri cəlb etməyə çalışması, milli iqtisadiyyatın neft və qazdan asılılığını azaltmaq istiqamətində fəaliyyəti barədə fikirlərinə geniş yer ayırıb.
Bundan başqa, xəbərlərdə nəqliyyat infrastrukturuna, o cümlədən dəmir yollarının, hava və dəniz limanlarının inşasına yatırılan sərmayələr sayəsində Azərbaycanın nəqliyyat infrastrukturlarının kəsişmə nöqtəsinə çevrildiyi qeyd olunur. Bu istiqamətdə cari ildə inşası başa çatması nəzərdə tutulan, Azərbaycan ilə Gürcüstan və Türkiyənin dəmir yolları şəbəkəsini birləşdirəcək xəttin Avropa ilə Asiya arasında ən qısa yol olması xüsusi vurğulanır




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info