“Ermənistan təxribatlarla qəsdən vəziyyəti gərginləşdirmək məqsədi güdür”
Tarix: 11.03.2016 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


"Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi 10-11 mart tarixlərində cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə təxribat-diversiya əməliyyatının törədilməsinə cəhd göstərilib. Ermənistan tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribat-diversiya əməllərinin törədilməsi, iriçaplı silahlar, o cümlədən qumbaraatan, minaatan və digər ağır atəş vasitələri tətbiq edilməklə, atəşkəs rejiminin intensiv şəkildə pozulması mütəmadi xarakter daşıyır".
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cəbhədə vəziyyətin gərginləşməsini şərh edərkən deyib.
O qeyd edib ki, Ermənistan qoşunların təmas xətti boyunca mülki Azərbaycan əhalisinin kütləvi şəkildə yaşadığını bildiyi halda, məsuliyyətsiz şəkildə, qəsdən ağır atəş vasitələri ilə mülki şəxslər və onların mülkiyyətini hədəfə alır: “Ermənistan bu kimi təxribat əməlləri ilə qəsdən vəziyyəti gərginləşdirmək, münaqişənin həllində irəliləyişə nail olunmasına imkan verməmək, qeyri-davamlı və qəbuledilməz olan “status-kvo”nu saxlamaq və Azərbaycan ərazilərinin işğalını davam etdirmək məqsədi güdür. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə olaraq, vəziyyətin gərginləşməsinə və insidentlərin baş verməsinə səbəb olan əsas amildir”. 
H. Hacıyev bildirib ki, münaqişənin davamlı və uzunmüddətli həllinə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, habelə məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır. “Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmayana qədər cəbhədə yaranmış vəziyyətə görə bütün məsuliyyət tam şəkildə rəsmi İrəvanın üzərinə düşür”, - deyə o vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı
20.09.2019
Ziyalılar sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyir
20.09.2019
Cəbhəçi trollar cəbhənin özünə qarşı hücuma keçdi
20.09.2019
Avstraliya Azərbaycanlıları Assosiasiyası parlament üzvünün ədalətli mövqe tutmasını tələb edib
20.09.2019
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info