“Ermənistanda siyasi məhbusların vəziyyəti ağırdır”
Tarix: 12.03.2016 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


“Süddeutsche Zeitung” qəzetində dərc olunmuş “40 kişi, səkkiz çarpayı və sıfır pəncərə” başlıqlı məqalədə Ermənistanda məhbusların ağır vəziyyətindən bəhs olunur.
Məqalədə Sahak N. kimi təqdim olunan bir erməninin Ermənistana ekstradisiya edilməsi və orada həbsxanada gördüyü dəhşətlər barədə məlumat verilir. Ermənistandakı müxalifət fəaliyyətinə görə təqib olunan Sahak N. Almaniyaya gələrək, burada siyasi sığınacaq almaq üçün müraciət edib. O, 2008-ci ildə prezident seçkiləri zamanı Ter-Petrosyana dəstək verdiyi üçün təqib olunduğunu və haqqında uydurma fırıldaqçılıq ittihamı ilə cinayət işi qaldırıldığını iddia edib. Yaşıllar partiyasından olan alman deputat Akermanın Ermənistan həbsxanalarında işgəncə hallarının olması barədə xəbərdarlığına baxmayaraq, Almaniya hökuməti 2013-cü ildə Sahakı Ermənistan tərəfinə ekstradisiya edib. Sahak Ermənistan həbsxanasındakı dözülməz vəziyyəti təsvir edib, pəncərəsiz otaqda 40-a yaxın məhbusun qaldığını, ayda cəmi bir dəfə duş almağa icazə verildiyini, otaqdakı məhbusların arasında ölüm hallarının olduğunu, həbsxanada mafiya sisteminin mövcud olduğunu bildirib. Onun təqsiri məhkəmədə sübuta yetirilə bilmədiyi üçün Sahak sərbəst buraxılıb və o, yenidən həyat yoldaşının yaşadığı Almaniyaya gəlib. Hazırda Sahak siyasi sığınacaq almaq üçün gözləyir. O, Ermənistan hüquq-mühafizə orqanlarının onu qaytarmaq üçün yenidən cəhd edəcəyini də istisna etmir, ona görə də vəkili hazırda Ermənistanın Almaniya orqanları tərəfindən hüquqi dövlət hesab edilməməsi üçün addımlar atmağa hazırlaşır.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info