“STEM fənləri üzrə təhsilə diqqət vacibdir”
Tarix: 12.03.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Ryan Vindzor: “Böyük Britaniya bu sahəni inkişaf etdirmək üçün son illərdə böyük cəhdlər göstərir və daha çox sayda bu sahəyə maraqlı uşaqlar əhatə edilir”

Müsahibimiz Böyük Britaniya Biznes, Sahibkarlıq, Antreprenerlik və İnnovasiya üzrə West Suffolk Kollecində mühazirə oxuyan ingiltərəli gənc mütəxəssis Ryan Vindzordur.
- Mən hazırda Biznes, Sahibkarlıq, Antreprenerlik və İnnovasiya üzrə West Suffolk Kollecində mühazirə oxuyuram. Həmçinin gənc antreprenerlərin (özəl sahibkarlıq və ya bir sıra incəsənət sahələri üzrə menecerlik, sahibkarlıq-İ.A.) praktiki öyrədilməsi, təlimatlandırılması və bizneslərini qurmağa alışdırılması ilə məşğulam. Bundan başqa, Kembric Universiteti Hakim Biznesi Məktəbində həftə sonları sosial antreprenerliklə bağlı təlimlər keçirəm. Bu fəaliyyətdən kənarda mən həm də bir sıra təşkilatlarda direktor kimi təmsil olunuram. Bu təşkilatlara “Keystone Development Trust”, “Charles Burrell Centre” və “Foundation East” daxildir. Bundan əlavə, iki “tech start-up”a məsləhətçi kimi qoşulmuşam. Bundan başqa, öz investisiya biznesim olan “Windsor mülkiyyəti”ni təsis etmişəm. Bunu 18 yaşım olanda təsis etmişəm və yeni xidmətlərlə insanları təmin etmək və bu qurumun fəaliyyətini genişləndirmək üçün fəaliyyət göstərmişəm.
Antreprenerlərlə işləyərkən əsas maraq dairələrindən biri onların düşüncələri, cəhdləri və davranışlarıdır. Bu baxımdan 3 nəşrdə bu cəhətlər barədə yaza və onları izah edə bildiyimə görə şanslıyam.
Bu il isə mənə Dünya İqtisadi Forumu Qlobal Formalaşdırıcı Birliyinə (Kembricdə) qoşulmaq təklif olunub. Qeyd edim ki, bu formalaşdırıcılar yüksək motivasiyalı insanlardır ki, cəmiyyətdə gələcək liderlik üçün böyük potensialları var. Onlar öz nailiyyət bazaları, liderlik potensialları və fərq yaratmaq öhdəlikləri ilə seçilirlər. Bu il mənim həm də biznesə göstərilən xidmətlərimə görə TARA mükafatına namizədliyim verilib.
- Dünyada gənc alim və mütəxəssislər biliklər iqtisadiyyatı sahəsində necə iştirak edirlər?
- Mən son illər akademik institutlarla biznes və hökumətlər arasında əməkdaşlıqda artım görürəm. Ümumiyyətlə, transmilli şirkətlər parlaq tələbələrin çoxluq təşkil etdiyi ərazilərə diqqət yönəldəndə, bu, istedadlı gənc fərdlərin özlərinin öyrəndiklərini praktiki olaraq və məhsuldar bir şəkildə tətbiq etmək üçün geniş qapılar açır. Bu, həmçinin şirkətlərə həmin istedadlı və öz sahələri ilə bağlı gerçəkliklərə yaradıcı baxışları olan fərdlərlə qarşılıqlı təmasda olmağa da geniş imkanlar yaradır. Ona da əminəm ki, bu cür şirkətlərin internatura təklif edən gənc tələbələri işə cəlb etmələrinin maliyyə səbəbləri var. Onlarla uzunmüddətli əməkdaşlıq isə uğur gətirir, xüsusilə də şirkətlərin bu baxımdan doktorantları işə cəlb etməsi onlar üçün sərfəlidir.
Əgər Kembric Universitetini misal kimi götursəniz, çox sayda beynəlxalq şirkətlər, Birləşmiş Krallığın mərkəzində yerləşən və universitetimizin yerləşdiyi bu arenaya yığışırlar ki, universitetimizə və ümumiyyətlə, bilik mərkəzlərinə yaxın olsunlar və onlardan bəhrələnsinlər.
Həmçinin gənc tələbələrin sənaye liderləri ilə əməkdaşlığına yardım edən və sayları getdikcə artan forumlar, şəbəkə tədbirləri və ictimai qurumları və bu sahədə artan əməkdaşlıqları da bu baxımdan qeyd etmək lazımdır. Müəssisə məsləhətçisi kimi mənim məqsədlərimdən biri bu sahədə tərəflər arasında körpü yaratmaq və biznesi bizim regionda məktəblərə daha da yaxınlaşdırmaqdır.
- Sizin ölkənizdə gənc elmi-tədqiqatçı və tələbələrin hansı çətinliklərindən danışa bilərsiniz?
- Öncə deyim ki, mənim fəaliyyətim elmi-tədqiqatları və gənc alimlərin təhsillərini bir o qədər də yaxından əhatə etmir. Burada əsas məsələ gənc alimlərin təcrübəsi ilə bağlı iş əldə etməkdə çətinlik çəkmələri ilə bağlıdır.
Ümumiyyətlə isə Britaniya hökuməti STEM fənlərini- (elm, texnologiya, mühəndislik və riyaziyyat - İ.A.) inkişaf etdirmək üçün son illərdə böyük cəhdlər göstərir və daha çox sayda bu sahəyə maraqlı uşaqları əhatə edir. Bu isə yeni dövrün tələblərinə cavab vermək baxımından təhsildə vacib amildir.
Onu da qeyd edim ki, hazırda STEM fənləri üzrə təhsil alan daha çox sayda tələbələr var, bu isə müvafiq sənaye sahələrini daha çox rəqabətli edir və istedadlı gənc alimlərin bu sahələrə müraciətlərini artırıb. Hesab edirəm ki, bu sahədə yaxşı və perspektivli iş tapmağa çalışan gənc alimlər müvafiq təcrübələri üzrə daha çox işləməlidirlər və digər ölkələrə səyahət etməkdə, fəaliyyət göstərdikləri ölkələri dəyişməkdə açıq və mobil olmalıdırlar.
- Öz ölkənizdəki gənc alim və mütəxəssislərin imkanları ilə Azərbaycan, Rusiya, Gürcüstan və Ukrayna kimi ölkələrdə yaşayan gənc alim və mütəxəssislərin imkanlarını necə müqayisə edərdiniz?
- Düşünürəm ki, STEM üzrə karyera qurmaq üçün daha çox gənc insanın əhatə olunması ilə bağlı ölkələrdə eyni məqsəd var. Amma onu da deyim ki, Azərbaycan kimi ölkələr gənc insanlara ölkədə böyük imkanlar yaradırlar. Məsələn, buraya xarici ölkələrdə təhsil almaqla bağlı proqramı aid etmək olar. Bu cür ölkələrdən böyük istedadlar çıxmaqdadır.
- Gənc alimlərin stimullaşdırılması üçün hansı təklifləriniz ola bilər?
- Erkən yaşlardan başlayaraq, gənc insanların stimullaşdırılması, ruhlandırılması və motivasiya edilməsi, onların elmi sahədə yaxşı karyera qurmaq barədə düşünməsini təmin etmək üçün əsasdır. Onların bacardıqları karyera sahələri üzrə üzə çıxarılması və bu sahədə məşğul olacaq adamların müəyyən edilməsi də əsasdır. Məsələn, Birləşmiş Krallıqda biz, daha çox mentor (təlimatlandırıcı) proqramlarına diqqət yönəldirik və sənaye liderlərinin gənc tələbələrlə görüşünü təşkil edirik, onlar tələbələrə nəyi bacara biləcəkləri və nəyə nail olacaqları ilə bağlı fikirlərə söyləyirlər. Bizneslə bu cür bağlantı tələbələrin biliklər iqtisadiyyatını yüksəltməsi və bununla da cəmiyyətin inkişafına müsbət təsir göstərməsi baxımından şərait yaratmış olur.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info