“Bakının gözəlliyinə valeh oldum”
Tarix: 12.03.2016 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


“Bakı şəhərində olmaqdan zövq aldım. Bu şəhərin gözəlliyinə valeh oldum”. Bunu “Yuventus” klubunun səfiri David Trezege deyib. Avropa və dünya çempionu paytaxtımıza səfər edib.
Onun səfərinin məqsədi Azərbaycanda fəaliyyət göstərən “Yuventus” klubunun rəsmi fan-klubunun Bakıda AFFA-nın dəstəyi ilə təşkil etməyi planlaşdırdığı “Juventus Camp”la bağlı mətbuat konfransında iştirak etməkdir. Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə fransalı sabiq futbolçu Azərbaycanda futbolun inkişafı üçün işlər görmək istədiklərini söyləyib: “Yuventus” olaraq düşünürük ki, bu cür gözəl ölkədə də futbolun inkişafı üçün işlər görmək lazımdır. “Yuventus” bu ölkəyə investisiya qoymağa qərar verib. Bizim dəstəyimiz burdakı uşaqlara da lazımdır. Ümid edirəm ki, bu layihədə uşaqlar daha çox əylənəcəklər. Bu düşərgədə “Yuventus” gələcəkdə peşəkar səviyyədə oynaya biləcək oyunçular yetişdirə bilər. Xüsusilə də, “Yuventus”un prezidenti və vitse-prezidenti adından təbrik edirəm. Ümid edirəm ki, tezliklə bura qayıdacam”. İlk dəfədir ölkəmizə gəldiyini bildirən Trezege Azərbaycan haqda yaxşı təəssüratları olduğunu əlavə edib: “Çox fərqli və gözəl ölkədir. Təəssüflər olsun ki, burda az vaxt keçirəcəyik. Hesab edirəm ki, bu ölkəyə yenə gələcəyik. Burdan xoş təəssüratla qayıdıram. İdmanınızın inkişafı üçün zəmin var”. Daha sonra D.Trezegeyə arxasında "Baku" yazılmış 16 nömrəli forma təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info