“Erməniyə bir yumruqla başa saldım ki, bu, güləşdir”
Tarix: 12.03.2016 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


"Gürcüstan təmsilçisinə uduzduğum yarımfinal görüşündə taktiki səhvlərə yol verdim. Taktikanı düzgün qurmadım. Ona görə də məğlub oldum".
Bunu Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Latviyanın paytaxtı Riqada 61 kq. çəki dərəcəsində bürünc medal qazandığı Avropa çempionatındakı çıxışını dəyərləndirərkən deyib. 25 yaşlı pəhləvan hesab edir ki, Vladimer Xinçeqaşvili ilə qarşılaşmada qalib gəlmək olardı: "Çünki Xinçeqaşvili elə də güclü deyildi. Düzdür, o da dünya çempionudur, amma fikrimcə, taktiki səhv üzündən yenildim. Qarşıdakı yarışlarda, yəqin ki, onunla yenidən üz-üzə gələcəyik. Çalışacağam ki, buraxdığım səhvlərə yenə yol verməyim". H.Əliyev erməni Valodya Franqulyanla bürünc medal uğrunda görüşündən də danışıb. O, düşmən ölkə təmsilçisini məğlub etdiyi üçün sevindiyini vurğulayıb: "Erməni idmançı ilə bir dəfə də qarşılaşmışdım və qalib gəlmişdim. O, bu dəfə məni udmaq istəyirdi. Şükür Allaha, izin vermədim ki, qalib gəlsin. Amma xalça üzərində məğlub olarkən, güləşə zidd hərəkətlər edir, altdan-altdan yumruq atırdı. Sona yaxın mən də bir yumruqla başa saldım ki, bu, güləşdir. Mübahisə, xalça üzərində belə şeylər olur. Amma çox sevinirəm ki, yenə düşmənimizə - erməni idmançısına qalib gəldim". İkiqat dünya və Avropa çempionunun çıxış etdiyi çəki dərəcəsi Yay Olimpiya Oyunlarının proqramında yer almayıb. Bu səbəbdən, H.Əliyev "Rio-2016"-ya lisenziya xarakterli turnirlərə daha aşağı çəkidə qatılmaq niyyətindədir: "Qarşıdakı yarışlarda çalışacağam ki, 57 kq. çəki dərəcəsində iştirak edim. Düzdür, hələ bu çəkidə olimpiadaya lisenziya alınmayıb. Çalışacağıq ki, lisenziya da alaq. Olimpiadada güləşmək, medal qazanmaq istəyirəmsə, gərək o əziyyəti çəkəm. Əlimdən gələni edəcəyəm ki, medal kolleksiyama olimpiya medalını da əlavə edim". Qeyd edək ki, Hacı Əliyev Valodya Franqulyanı ilk dəfə "Bakı 2015" I Avropa Oyunlarında məğlub edib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info