Rövnəq Abdullayev yenidən AFFA-nın prezidenti seçilib
Tarix: 12.03.2016 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


Dünən AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilib. Konfransı giriş sözü ilə açan AFFA prezidenti Rövnəq Abdullayev hesabat dövrü ərzində futbolun inkişafı məqsədilə Assosiasiya tərəfindən həyata keçirilən tədbirlər barədə qısa məlumat verib.
"Ötən illərdə Azərbaycan futbolunda böyük işlər görmüşük. Keçən ilin əlamətdar hadisələrindən biri də Bakı Avropa Oyunlarının keçirilməsi oldu. Olimpiya stadionunun AFFA-nın balansına keçirilməsi önəmli hadisə idi. Ötən il iki klubumuz Avrokuboklarda uğurlu çıxış etdi. Hazırda klublarımızda maliyyə problemləri var. Sponsor axtarışlarına davam edirik. Xüsusi qeyd etmək istəyirəm ki, yayda Azərbaycanda 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatı baş tutacaq. Bu, bizim üçün böyük oyunlara hazırlıqdı. İnanıram ki, bu işin öhdəsindən lazımınca gəlməyi bacaracağıq. Bu yarışların keçirilməsində Prezidentimizin sərəncamları xüsusi rol oynadı. Düşünürəm ki, bu sərəncamların bizə çox xeyri dəyəcək" - deyə, Abdullayev bildirib. Sonra söz gənclər və idman naziri Azad Rəhimova verilib. Futbolun daha çox sevildiyini deyən nazir bildirib ki, müstəqillik dövründə digər idman növlərinə olan qayğı futbola da göstərilib. Sonra Konfransın səlahiyyətli olub-olmamağı barədə məlumat vermək üçün söz Mandat komissiyasının sədri Mahmud Sadıqova verilib. Sadıqov bildirib ki, Konfransda 35 səs hüquqlu nümayəndədən 34 nəfəri iştirak edir, yəni yetərsay var və Konfrans səlahiyyətlidir. 2015-ci illə bağlı video-çarxın nümayişinidən sonra baş katibi Elxan Məmmədov çıxış edib. Sonra söz AFFA-nın baş mühasibi Xalid Cavadova verilib. Baş mühasib 2015-ci ilin maliyyə hesabatını, həmçinin 2016-cı il üçün büdcə layihəsini təqdim edib. Konfrans iştirakçıları Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev və U-17 yığmasının baş məşqçisi Təbriz Həsənovu da dinləyib. Sonuncu yığmamızın Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsinə hazırlığı barədə məlumatı verib, azarkeşləri sevindirəcəklərini qeyd edib. Daha sonra prezident seçkisi baş tutub. Rövnəq Abdullayev 3-cü dəfə bu posta seçilib. O, 2020-ci ilədək bu postu tutacaq. “Mənə yenidən etimad göstərdiyiniz üçün minnətdaram. Söz verirəm ki, etimadınızı doğruldacam. Qarşıda bizi çox böyük işlər gözləyir. Çalışacağıq ki, qarşımıza qoyulan vəzifələri yerinə yetirək, Azərbaycan futbolunu yüksəldək. Əsas vəzifəmiz 2020-ci ildə Azərbaycan yığmasının final mərhələsində iştirakını təmin etməkdi. Bunun üçün əlimizdən gələni edəcəyik” - deyə, Abdullayev bildirib. Konfrans nümayəndələri AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibini seçib. Komitədə assosiasiyanın prezidenti ilə yanaşı, daha 10 üzv yer alıb. Seçkilər başa çatdıqdan sonra UEFA-nın baş katibi Teodor Teodoridis çıxış edib. O, Abdullayevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info