Azərbaycan ŞƏT-də dialoq üzrə rəsmi tərəfdaş statusu alıb
Tarix: 14.03.2016 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Raşid Alimov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında Azərbaycana təşkilatda dialoq üzrə tərəfdaş statusunun verilməsi ilə bağlı memorandum imzalanıb.
“RIA Novosti” agentliyinin verdiyi xəbərə görə, imzalanma mərasimi təşkilatın Pekindəki baş qərargahında baş tutub.E. Məmmədyarov deyib ki, imzalanan sənəd vacib və maraqlı tərəfdaşla dialoqa başlamağa imkan yaradır. R. Alimov isə bildirib ki, dialoq üzrə tərəfdaş statusu Azərbaycana təşkilatın çoxplanlı və çoxtərəfli fəaliyyətinə qoşulmağa imkan verəcək.
Xatırladaq ki, Azərbaycan, habelə Ermənistan, Nepal və Şri Lankaya dialoq üzrə tərəfaş statusunun verilməsi ilə bağlı qərar ötən ilin iyulunda Ufada qəbul edilib.
Qeyd edək ki, ŞƏT-ə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Müşahidəçi statusu alan ölkələr isə Belarus, Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstandır. Təşkilatın 2016-cı ildə sammiti 23-24 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”
20.09.2019
Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı
20.09.2019
Ziyalılar sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyir
20.09.2019
Cəbhəçi trollar cəbhənin özünə qarşı hücuma keçdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info