Türkiyədəki terrorda 34 nəfər ölüb, 125 nəfər yaralanıb
Tarix: 14.03.2016 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Türkiyənin daxili işlər, səhiyyə və ədliyyə nazirləri Ankarada baş vermiş partlayışla bağlı birgə açıqlama veriblər.
Türkiyənin daxili işlər naziri Əfqan Ala bildirib ki, partlayışın hərəkətdə olan partlayıcı qurğu quraşdırılmış maşınla törədildiyi artıq dəqiqləşib.
Onun sözlərinə görə, hadisə ilə bağlı başqa detallar da dəqiqləşib, hadisənin hansı terror təşkilatı tərəfindən həyata keçirilməsi barədə məlumatlar var, bunlar tam araşdırmalardan sonra açıqlanacaq.
Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu isə bildirib ki, terror aksiyası nəticəsində hadisə yerində 30 nəfər həlak olub. Daha 4 nəfər isə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Hadisə zamanı yaralanmış 125 nəfər Ankaradakı 24 müxtəlif xəstəxanada yerləşdirilib: “Onlardan 7-si əməliyyata alınıb, 19 nəfərin isə durumu ağırdır”.
Qeyd edək ki, terror hadisəsindən dərhal sonra Türkiyənin baş naziri Əhməd Davudoğlunun sədrliyi ilə hökumətin fövqəladə iclası keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info